SİYASƏT
2 dəqiqə oxuma
Dmitri Peskov: ''Putinin hələlik Trampla görüşmək plan yoxdur''
Kreml sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin hazırda ABŞ prezidenti Donald Trampla görüşməyi nəzərdə tutan bir planının olmadığını açıqlayıb
Dmitri Peskov: ''Putinin hələlik Trampla görüşmək plan yoxdur''
/ DPA
18 saat əvvəl

Dmitri Peskov eyni zamanda, sülh sazişinə nail olunması məqsədilə iyunun 2-də İstanbulda keçirilməsi təklif olunan görüşlərə dair Ukraynanın verəcəyi cavabı gözlədiklərini qeyd edib. Onun sözlərinə görə, Rusiyanın danışıqlardan öncə irəli sürdüyü sülh şərtlərini yerinə yetirməsi tələbini rəsmi Kiyev “konstruktivlikdən uzaq” addım kimi qiymətləndirir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 27-də verdiyi açıqlamada Rusiyanın rəsmi Kiyevlə atəşkəs danışıqlarına qatılmaqdan imtina etməsini “odla oynamaq” kimi qiymətləndirib.

Qeyd edək ki, D. Trampın bu açıqlamasına cavab olaraq mayın 28-də Kremlin yaydığı bəyanatda qeyd olunub ki, prezident Putin Rusiya Federasiyasının milli maraqlarını hər şeydən üstün tutur.

 İstanbul – diplomatik danışıqların əsas platforması

“Türkiyənin metropol şəhəri İstanbul rəsmi Moskva ilə Kiyev arasında aparılan danışıqlar üçün əsas platformaya çevrilir. İstanbul platforması həm də Qara dəniz taxıl sazişi üzrə əsas müzakirə məkanı statusuna malikdir”, - bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu mayın 29-da Türkiyə Respublikası Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişlə birgə çıxışı zamanı dilə gətirib.

Sergey Şoyqu bildirib ki, rəsmi Ankara nümayəndə heyətlərinin işini asanlaşdırmaq üçün təhlükəsizliyi təmin etmək baxımından ciddi səylər göstərdi. Buna görə də Türkiyə rəhbərliyinə təşəkkürümü bildirirəm.

Qeyd edək ki, mayın 16-da İstanbulda keçirilən birbaşa görüşlər zamanı tərəflər əsir mübadiləsi ilə yanaşı, atəşkəs istiqamətində danışıqların davam etdirilməsi barədə də razılığa gəliblər. Bu görüşlər Türkiyənin vasitəçiliyi ilə həyata keçirilib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us