SİYASƏT
1 dəqiqə oxuma
Karni və Tramp danışıqların bərpasına razılıq verdilər
Kanadanın Baş naziri Mark Karni bildirib ki ...
Karni və Tramp danışıqların bərpasına razılıq verdilər
US President Donald Trump and Canada's Prime Minister Mark Carney talk during a family photo at the G7 Summit in Kananaskis, Canada, June 16, 2025. / Reuters
30 iyun 2025 г.

Kanadanın Baş naziri Mark Karni bildirib ki, ABŞ ilə ticarət danışıqları Kanadanın ABŞ texnologiya şirkətlərinə vergi tətbiq etmək planından imtina etməsindən sonra yenidən başlayıb.

ABŞ prezidenti Donald Tramp iyunun 29-da Kanadanın texnologiya şirkətlərinə vergi tətbiqi planını davam etdirmək niyyətini, bunun ölkəsinə birbaşa və açıq hücum olduğunu bildirərək Kanada ilə ticarət danışıqlarını dayandırdığını demişdi.

Kanada hökuməti isə bildirib ki, Karni və Tramp danışıqları yenidən başlamaq barədə razılığa gəliblər.

D.Tramp 29 iyunda öz sosial media şəbəkəsində yazdığı paylaşımda yazmışdı: “Kanada ABŞ texnologiya şirkətlərinə rəqəmsal xidmətlər vergisi tətbiq edərsə, ABŞ tərəfindən də Kanadada onlayn istifadəçilərilə əlaqədə olan Kanada və xarici şirkətlərə vergi tətbiq olunacaq”. Bu verginin 30 iyundan qüvvəyə minəcəyi planlaşdırılırdı.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us