Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə təbrik edib. “X” platformasında paylaşdığı mesajda Ərdoğan yazıb: “19 May tarixi 1919-cu ildə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlayan Türkiyə İstiqlal Savaşının başlangıcıdır.
Biz əcdadlarımızın bizə əmanət etdiyi müqəddəs Vətəni və cümhuriyyətimizi qoruyuruq.
Türkiyə Cümhuriyyətini hər sahədə irəli aparmaq və yüksəltmək üçün addımlar atırıq. Cümhuriyyətimiz əbədi yaşayacaq!
Türkiyə gəncləri həm gələcəyin memarları, həm də dəyişmənin hərəkətverici qüvvəsidir. Səmimi qəlbdən inanam ki, enerjiləri, əzmləri və arzuları ilə ölkəmizin mirasını ürəklərində daşıyan Türkiyə gəncliyi “Türkiyə əsri” dövrünə öz möhürünü vuracaq. Biz gənclərimizə dinc və firavan, yüksək texnologiyalı bir dövlət buraxmaq vədimizi yerinə yetirmək üçün bütün gücümüzlə çalışırıq. Elm, incəsənət, idman, kənd təsərrüfatı, diplomatiya və nüvə texnologiyaları daxil olmaqla hər sahədə gənclərimizin potensialını kəşf etmələri üçün imkanlar təqdim edir, böyük və güclü Türkiyə ideyamızı həyata keçirmək üçün birlikdə, əl-ələ, çiyin-çiyinə irəliləyir, onları dəstəkləməyə davam edirik.
Türkiyənin hər uğurunda gəncliyin payı vardır. Onlar daha çox çalışmaq və daha çox nailiyyət əldə etmək əzmini həmişə qoruyurlar.
1919-cu il mayın 19-da daha sonra Türkiyə Cümhuriyyətinin banisi olacaq şəxs – Atatürk İstanbuldən Qara dəniz sahilindəki Samsuna gələrək azadlıq mübarizəsinə başladı və artıq 4 il sonra ölkəni müasir Türkiyəyə çevirdi. İstiqlal savaşımızın bütün qəhrəmanlarını, xüsusilə Qazi Mustafa Kamalı hörmətlə yada salırıq.”
1938-ci ildə Atatürk 19 Mayı Türkiyə millətinin gəncliyinə həsr etdi və bu gün artıq Gənclik və İdman Günü kimi qeyd olunur. Bu milli bayramda gənclər idman və mədəni tədbirlərdə iştirak edir, ölkə üzrə rəsmi mərasimlər keçirilir.