SİYASƏT
2 dəqiqə oxuma
Mark Rutte Çinin müdafiə sənayesinə sərmayə qoymasını təəccüblü adlandırıb
NATO-nun Baş Katibi Mark Rutte Çinin müdafiə sənayesinə sərmayə qoymasını təəccüblü adlandırıb
Mark Rutte Çinin müdafiə sənayesinə sərmayə qoymasını təəccüblü adlandırıb
NATO's Secretary General Mark Rutte visits the JMSDF's naval base in Yokosuka. / Reuters
8 aprel 2025 г.

NATO-nun Baş Katibi Mark Rutte Çinin müdafiə sənayesinə sərmayə qoymasını təəccüblü adlandırıb. Mark Rutte Çinin silahlı qüvvələrini genişləndirməsini də “təəccüblü” hesab etdiyini söyləyib. O, bu barədə ''Japan Times''a verdiyi müsahibəsində bildirib.

ABŞ Prezidenti Donald Tramp alyansın digər üzvlərinə hərbi xərclərini artırmaları üçün təzyiq göstərir. Tramp həmçinin Asiya-Sakit Okean bölgəsindəki müttəfiqlərindən, Çinə qarşı çıxmalarını və Şimali Koreyanı nəzarət altına almaq üçün ordularını gücləndirmələrini istəyir. Mark Rutte deyib: “ABŞ NATO-nun bölgədə daha çox fəaliyyət göstərməsini istəyir.”

NATO-nun 5-ci maddəsində deyilir ki, bir üzv dövlətə hücum olarsa, digərləri bunu hamıya qarşı hücum kimi qəbul etməli və müvafiq tədbirlər görməlidir. Mark Rutte çərşənbə axşamı Yokosuka dəniz bazasına baş çəkməli və çərşənbə günü baş nazir Şiqeru İşiba da daxil olmaqla yüksək səviyyəli Yaponiya rəsmiləri ilə görüşməli idi.

NATO son illərdə IP4 adlanan Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə əlaqələri gücləndirmək üçün hərəkətə keçib və bu ölkələrin liderləri NATO sammitlərində iştirak ediblər. Mark Rutte keçən həftə ''Japan Times'' qəzetinə verdiyi açıqlamada bildirib ki, NATO məlumat mübadiləsini və müdafiə sənayesi əməkdaşlığını artırmaqla tərəfdaşlığı növbəti səviyyəyə qaldırmaq istəyir.

“Biz birgə bəyannamələrdən kənara çıxmalıyıq. Gəlin bunu praktiki hala gətirək. Yaponiya Avropa ölkələri ilə hərbi əməkdaşlığı artırdı. Rəsmi Tokio və Avropa İttifaqı ötən ilin noyabrında yeni təhlükəsizlik və müdafiə tərəfdaşlığı elan etdi,'' – deyə Mark Rutte qeyd edib.

Çin xarici siyasətinin bir hissəsi olaraq NATO-nun regional müdafiə ittifaqı rolundan kənara çıxmasına qarşı olub. Rəsmi Pekin NATO-nun Asiya-Sakit Okean regionuna müdaxilə etməsini tənqid edir və belə hərəkətlərin regiondakı sabitliyi pozduğunu irəli sürür.

Çin NATO-nu gərginliyi artırmaq yerinə, qlobal sülh, sabitlik və təhlükəsizliyə mənalı töhfələr verməyə çağırmağa davam edir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us