Vaşinqton avqustun 1-də yeni ticarət sanksiyaları tətbiq etməyə hazırlaşarkən ABŞ prezidenti Tramp deyib edib ki, Hindistan və Rusiya “ölü iqtisadiyyatlarını bir araya gətirə bilərlər”.
ABŞ prezidenti Donald Tramp ölkəsinin Hindistanla çox az ticarəti olduğunu və Rusiya ilə ABŞ-ın deməli heç bir ticari əlaqəsinin olmadığını bildirib.
Tramy "Truth Social" hesabında etdiyi paylaşımda deyib: “Hindistanın Rusiya ilə nə etdiyi məni maraqlandırmır. İstəsələr birlikdə iqtisadiyyatlarını məhv edə bilərlər. Bu vəziyyət mənim üçün maraqlı deyil".
Tramp iyulun 30-da başqa bir paylaşımında Hindistanın Rusiya ilə ticarətindən bəhs edərkən, ABŞ-ın avqustun 1-dən tutmuş Hindistan idxalına 25 faizlik tarif tətbiq edəcəyini açıqlayıb.
Trampın əvvəlki paylaşımına cavab olaraq Hindistan hökuməti Trampın bəyanatlarının təsirini nəzərdən keçirdiyini və ədalətli ticarət razılaşmasına nail olmaq öhdəliyinə sadiq olduğunu bildirib.
Tramp deyib ki, Hindistan həmişə hərbi texnika və enerji resurslarının böyük bir hissəsini Rusiyadan alıb və bu, “yaxşı hal deyil”.