TÜRKİYƏ
1 dəqiqə oxuma
İbrahim Kalın İraq rəsmiləri ilə görüşüb
Görüşlərdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorla mübarizədə birgə təşəbbüslərin artırılması məsələləri müzakirə olunub
İbrahim Kalın İraq rəsmiləri ilə görüşüb
/ AA
14 saat əvvəl

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın çərşənbə axşamı Bağdadda İraq rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirib. Görüşlərdə sərhəd təhlükəsizliyinin gücləndirilməsi və terrorla mübarizədə birgə təşəbbüslərin artırılması məsələləri müzakirə olunub.

İbrahim Kalın səfəri çərçivəsində ilk olaraq İraqın baş naziri Məhəmməd Şia əl-Sudani və prezident Əbdüllətif Rəşidlə görüşüb. Təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, görüşlərdə baş nazirin müavini və xarici işlər naziri Fuad Hüseyn də iştirak edib.

İbrahim Kalın həmçinin İraqın müdafiə naziri Sabit Abbasi, Milli Kəşfiyyat Xidmətinin rəhbəri Həmid əl-Şatri, Suverenlik Alyansının lideri Xamis əl-Xəncər və Nümayəndələr Palatasının sədri Mahmud əl-Məşhədani ilə də ayrı-ayrılıqda görüşlər keçirib.

Bu görüşlərdə sərhəd təhlükəsizliyi və terror təhdidlərinin aradan qaldırılması məqsədilə atılacaq addımlar, "terrordan azad Türkiyə" hədəfinə çatmaq üçün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İraq tərəfi Ankaraya bütün səviyyələrdə dəstəyini bir daha ifadə edib. Görüşlərdə həmçinin regional sülh və sabitliyin möhkəmləndirilməsi, ikitərəfli münasibətlərin cari vəziyyəti də müzakirə olunub.

Görüşlər zamanı İran və İsrail arasındakı gərginlik də qiymətləndirilib.

İbrahim Kalın daha sonra İraq Türkmən Cəbhəsinin (İTC) sədri M. Seman Ağaoğlu və təşkilatın yüksək səviyyəli nümayəndələri ilə də görüş keçirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us