TÜRKİYƏ
1 dəqiqə oxuma
Türkiyə XİN Fransanın bəyanatına münasibət bildirdi
Türkiyə Xarici İşlər Nazirliyi yaydığı açıqlamada bu ifadələrə yer verib: “Fransa Avropa və Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatı qətiyyətlə rədd edirik
Türkiyə XİN Fransanın bəyanatına münasibət bildirdi
/ TRT World and Agencies
6 saat əvvəl

Türkiyə Fransanın davam edən məhkəmə prosesləri ilə bağlı səsləndirdiyi tənqidlərə sərt reaksiya verib və Fransa Xarici İşlər Nazirliyinin son bəyanatını ölkənin daxili işlərinə qəbuledilməz müdaxilə kimi qiymətləndirib.

Türkiyə Xarici İşlər Nazirliyi yaydığı açıqlamada bu ifadələrə yer verib:
“Fransa Avropa və Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatı qətiyyətlə rədd edirik.”

Rəsmi Ankara məhkəmə proseslərinin “ədalətli və qərəzsiz” şəkildə aparıldığını vurğulayaraq, bütün prosedurların Türkiyə Konstitusiyası və qanunvericiliyi çərçivəsində müstəqil məhkəmə orqanları tərəfindən həyata keçirildiyini bəyan edib.

Nazirlik həmçinin Fransanı ikili standartlar tətbiq etməkdə ittiham edib. Açıqlamada Fransa müxalifət liderinə verilən həbs cəzası və onun seçkilərdə iştirak hüququndan məhrum edilməsi, eləcə də bəzi Fransa merlərinə qarşı aparılan istintaqlara istinad olunub.

Türkiyə tərəfi Fransanı məhkəmə suverenliyinə hörmət etməyə və digər ölkələrin daxili işlərinə dair siyasi açıqlamalardan çəkinməyə çağırıb.

Açıqlamada həmçinin deyilir: “Fransaya tövsiyəmiz odur ki, ölkəmizin daxili qanunlarına və müstəqil məhkəmə sisteminə hörmət etsin, digər ölkələrə qarşı siyasi bəyanatlardan uzaq dursun və diqqətini öz daxili məsələlərinə yönəltsin.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us