DÜNYA
2 dəqiqə oxuma
Volodimir Zelenski Avropa İttifaqına çağırış etdi
Volodimir Zelenski Romada keçirilən “Ukraynanın yenidən qurulması” konfransı çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının sədri Antonio Kosta ilə görüşdən
Volodimir Zelenski Avropa İttifaqına çağırış etdi
/ AP
12 saat əvvəl

Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı bildirib ki, ölkəsi Danimarkanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Aİ ilə bütün danışıqları aparmağa hazırdır.

Volodimir Zelenski bu fikirləri Romada keçirilən “Ukraynanın yenidən qurulması” konfransı çərçivəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının sədri Antonio Kosta ilə görüşdən sonra səsləndirib.

Ukrayna prezidenti çıxışında həmçinin deyib:“2 milyard avronu (2,3 milyard dollar) keçən yeni dəstək paketinə görə sizə təşəkkür edirəm. Ukraynanın Yenidənqurulması üzrə Avropa Flaqman Fondunun yaradılması da çox vacibdir. Bu fond Ukraynaya daha çox investisiya cəlb etməyə kömək edəcək.”

Volodimir Zelenski Ukraynanın Avropaya inteqrasiyasının prioritet olaraq qaldığını vurğulayaraq Macarıstanın vetosunu aradan qaldırmaq üçün həll yolunun tapılmasının vacibliyini bildirib.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Aİ-yə potensial üzvlüyünə qəti şəkildə qarşı çıxaraq, müharibə şəraitində olan bir ölkənin inteqrasiyasının Avropa İttifaqının sabitliyi üçün ciddi təhlükə yaradacağını bəyan edib.

Volodimir Zelenski konfrans çərçivəsində Almaniya, Finlandiya, Polşa və Bolqarıstan liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirib.

V. Zelenski Almaniya kansleri Fridrix Merzlə görüşdən sonra açıqlama verərək göstərilən hərbi yardıma, xüsusilə hava hücumundan müdafiə sistemlərinə görə rəsmi Berlina təşəkkür edib. Ukrayna prezidenti deyib:: “Fridrix Merzə Rusiyanın son hücumları barədə məlumat verdim və hücum zamanı onlarla ‘Şahed’i vuran pilotsuz uçuş aparatımızdan bəhz etdim.”

Volodimir Zelenski Almaniyanın Ukraynanın Aİ-yə üzvlük prosesində mühüm rol oynaya biləcəyini də qeyd edib.

Finlandiyanın Baş naziri Peteri Orpo ilə görüşündə isə Zelenski dəstəyə və Finlandiya şirkətlərinin yenidənqurma forumunda fəal iştirakına görə təşəkkürünü ifadə edib.

O, Ukraynanın Rusiya-İran istehsalı olan pilotsuz təyyarə hücumlarına qarşı mübarizə aparmaq üçün pilotsuz uçuş aparatlarının istehsalını artırmaq istiqamətində birgə təşəbbüslərin vacibliyini də vurğulayıb.

Zelenski Bolqarıstanın Baş naziri Rosen Jelyazkov ilə görüşdə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəldiklərini bildirib. O, həmçinin Bolqarıstanın Ukraynanın Aİ-yə üzvlüyünə verdiyi dəstəyə görə bu ölkəyə təşəkkür edib.

Prezident Volodimir Zelenski Polşanın Baş naziri Donald Tuskla görüşdə müdafiə sahəsində göstərilən kömək, konfransda iştirakı və Avropa Flaqman Fonduna verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us