DÜNYA
1 dəqiqə oxuma
İİKK komandiri Hüseyn Salami sui-qəsd nəticəsində öldürüldü
İrana qarşı hava hücumu regionda gərginliyi yüksək həddə çatdırıb
İİKK komandiri Hüseyn Salami sui-qəsd nəticəsində öldürüldü
/ Reuters
20 saat əvvəl

İsrail Tehrana və ölkənin digər bölgələrinə endirdiyi misli görünməmiş hücumlarda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı ilə yanaşı, yüksək rütbəli hərbi rəsmiləri və nüvə sahəsi üzrə alimlərini də hədəf alıb. Dövlət mediası hücumların İran daxilində ciddi rezonans doğurduğunu bildirib.

“TRT World” üçün paytaxt Tehrandan xəbər verən jurnalist Rza Hatəmi bildirib ki, İnqilab Keşikçiləri Korpusunun ən yüksək rütbəli komandiri general Hüseyn Salamiyə İsrailin hava hücumları zamanı sui-qəsd edilib.

İran isə öz növbəsində İsrailin həyata keçirdiyi ölümcül hava hücumlarına “güclü cavab” veriləcəyini vurğulayıb.

İran Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Əbülfəzl Şəkərçi verdiyi açıqlamada “Silahlı qüvvələr bu sionist hücuma mütləq cavab verəcək”, - deyə bildirib.

Qeyd edək ki, İsrailin bu hücumları iki ölkə arasında genişmiqyaslı müharibə ehtimalını artırır. Onilliklərdir davam edən gizli qarşıdurmalar quru, dəniz, hava və kiber hücumlarla müşayiət olunur.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us