7 saat əvvəl
İyulun 28-də Tailandın paytaxtı Banqkokda baş verən silahlı insident nəticəsində ölənlərin sayı altıya yüksəlib, daha bir mühafizəçi isə ağır yaralanıb.
“Thai Enquirer” qəzetinin məlumatına görə, hadisə Banqkokun Çatuçak rayonundakı Or Tor Kor bazarında baş verib. Silahlı şəxs bazara hücum edərək dörd nəfəri öldürüb, daha sonra isə silahı özünə çevirərək intihar edib.
Hücum edən şəxsin 61 yaşlı keçmiş mühafizəçi olduğu və əvvəllər öldürdüyü mühafizəçilərlə eyni şirkətdə çalışdığı müəyyən olunub.
Hadisədən sonra o, bazarın ortasındakı skamyada oturaraq özünü güllələyib.
Səlahiyyətlilər insidentlə bağlı araşdırmaya başlayıb.