TÜRKİYƏ
2 dəqiqə oxuma
R.T.Ərdoğan: “Qəzzadakı zülmün qarşısını almaq üçün təcili qlobal tədbirlər görülməlidir”
Rəcəb Tayyib Ərdoğan bu sözləri Qabon prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib
R.T.Ərdoğan: “Qəzzadakı zülmün qarşısını almaq üçün təcili qlobal tədbirlər görülməlidir”
/ AA
1 avqust 2025 г.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada hayata keçirdiyi hücumların dərhal dayandırılması və bölgəyə humanitar yardımın çatdırılmasının vacibliyini vurğulayıb.

Qabon Prezidenti Bris Oliqi Nqema ilə birgə mətbuat konfransında çıxış edən Prezident R.T.Ərdoğan deyib: “İlkin məqsədimiz Qəzzadakı qardaş və bacılarımıza humanitar yardımın çatdırılmasıdır. Humanitar baxımdan bu zülmün qarşısını almaq üçün nə lazımdırsa, etməyə borcluyuq.”

R.T.Ərdoğan İsrailin fələstinli mülki şəxslərə qarşı həyata keçirdiyi davamlı hücumları kəskin şəkildə qınayaraq deyib:
“Vicdanı, mərhəməti və insani dəyərləri olan heç kim bu zülm qarşısında səssiz qala bilməz. Günahsız uşaqlar aclıqdan həyatını itirir, ərzaq yardımı üçün toplaşan dinc insanlar məqsədli şəkildə atəşə tutulur. Bu vəhşilik qarşısında dünya susmamalıdır.”

İsrailə qarşı artan beynəlxalq təzyiqlər

Prezident R.T.Ərdoğan Türkiyənin yaxın günlərdə İsrail hökumətinə qarşı diplomatik təzyiqlərini daha da artıracağını və humanitar fəlakətin qarşısının alınması üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq quracağını vurğulayıb.
“Qəzzada yaşanan humanitar fəlakəti dayandırmaq üçün diplomatik səylərimizi gücləndirəcəyik. Beynəlxalq ictimaiyyətlə birlikdə İsrailə təzyiqləri artırmağa davam edəcəyik”,-deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyənin Fələstin xalqı ilə həmrəy olduğunu ifadə edən dövlət başçısı bildirib ki, Qəzzadakı qardaş və bacılarımıza tək olmadıqlarını daha da güclü hiss etdirəcəyik. Ən qısa zamanda atəşkəsin əldə olunması və bölgədə davamlı sülhün təmin olunması üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

R.T.Ərdoğan Avropada Fələstin dövlətinin tanınmasına artan dəstəyi yüksək qiymətləndirdiklərini və bu addımları “dəyərli və cəsarətli” hesab etdiklərini söyləyib.
“Avropadan gələn reaksiyaları çox önəmli hesab edirik. Fələstin dövlətinin tanınmasına yönəlmiş hər bir təşəbbüsü alqışlayırıq’’,-deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzzada apardığı müharibə nəticəsində 60.000-dən çox fələstinli həyatını itirib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us