Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) sərgisi çərçivəsində Türkiyə ilə İndoneziya arasında 48 ədəd KAAN döyüş təyyarəsinin satışı ilə bağlı müqavilə imzalanıb.
Müqaviləni Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri Haluk Görgün, Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) İdarə Heyətinin sədri Ömər Cihad Vardan və İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin imzalayıb.
Bu müqavilə İstanbulda keçirilən Türkiyənin Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF) zamanı yekunlaşdırılıb və istehsal, mühəndislik və texnologiya transferi sahəsində əməkdaşlığı əhatə edir. Təyyarələrin təhvil verilməsi 120 ay ərzində tamamlanacaq və mühərriklər Türkiyədə istehsal olunacaq.
Haluk Görgün, razılaşmanın iyun ayında imzalanmış hökumətlərarası çərçivə sazişinin davamı olduğunu bildirib və bu satışın ikitərəfli müdafiə əlaqələrində “tarixi an” olduğunu vurğulayıb.
H.Görgün “Bu anı birlikdə yaşamaqdan böyük minnətdarlıq hissi duyuram. Həm həyəcanlıyıq, həm də qürurluyuq,. Bu əməkdaşlıq vasitəsilə İndoneziyada yerli sənaye infrastrukturunun qurulmasına dəstək verməyi və hər iki ölkə arasında istehsal və mühəndislik sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyirik” deyib.
KAAN satışları ilə bağlı digər ölkələrlə danışıqların aparılıb-aparılmadığı barədə sual verildikdə, Görgün belə cavab verib: “Çoxlu ölkələr var. Detalları vaxtı gələndə paylaşacağıq”.
Qeyd edək ki, KAAN Türkiyənin ilk yerli istehsal döyüş təyyarəsi olaraq, 2024-cü ilin əvvəlində ilk uçuşunu həyata keçirib. Üç prototip hazırlanıb və onlardan ikisinin 2026-cı ilin aprelində yenidən uçması gözlənilir.
TAI-nin baş direktoru Mehmet Dəmiroğlu bildirib ki, KAAN Türkiyəni növbəti nəsil döyüş təyyarələri inkişaf etdirə bilən azsaylı ölkələr sırasına daxil etmişdir.
“Bu təyyarəni hazırlayan dörd ölkə var. Hələ də bunu həyata keçirməyək üçün cəhg göstərən konsorsiumlar mövcuddur,. Bu səylərdən bəziləri, o cümlədən 2018-ci ildə Paris Aviaşousunda elan edilən layihə, ilk uçuşunu yalnız 2035–2040-cı illərdə həyata keçirə biləcəyi gözlənilir. Bu, nə qədər sürətli hərəkət etdiyimizi, buna nə qədər inandığımızı və nəyə qadir olduğumuzu göstərir,”, -deyə Dəmiroğlu deyib.
Dəmiroğlu həmçinin bildirib ki, Türkiyənin “Hürjet” təlim təyyarəsi üçün İspaniya ilə təchizat müqaviləsi bu ilin sonuna qədər gözlənilir və bu, may ayında imzalanmış anlaşma memorandumunun davamıdır.
“İndoneziyada ciddi potensial var. Körfəz ölkələrində də əhəmiyyətli potensial olduğuna inanırıq”, deyə Dəmiroğlu əlavə edib.