Cənubi Koreya prokuroru keçmiş prezident Yun Sok Yolun həbsini həyata keçirə bilməyib.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, Cənubi Koreyanın xüsusi prokurorlar qrupu cümə günü Yun Sok Yol üçün verilmiş həbs orderini icra edə bilməyib. Yunun əmri yerinə yetirməkdən imtina etdiyi bildirilib.
Prokurorun müavini Mun Honq-ju bildirib ki, bir prokuror və müstəntiqlə birlikdə Yunun təxminən bir aydır saxlandığı Uivanqdakı Seul Nəzarət Mərkəzinə gediblər və həbsxana məmurlarına orderi icra etmək üçün onu kameradan çıxarmağı tapşırıblar, lakin Yun əmri yerinə yetirməyib.
Prokurorlar vəzifədən uzaqlaşdırılmış keçmiş prezident Yun Sok Yolun seçkiyə müdaxilə iddiaları ilə bağlı məhkəməyə gətirilərək dindirilməsini planlaşdırır.
Prokurorluq Yun və həyat yoldaşı Kim Keon Heeninin 2022-ci ildə keçirilən parlament seçkilərində namizədlərin seçilməsi prosesinə müdaxilə etmələri barədə iddiaları araşdırır.
Yun bu həftə dindirilmək üçün edilən iki çağırışa da əməl etməyib. Bununla belə, onun vəkilləri keçmiş prezidentin “səhhətinin pisləşməsi” səbəbindən məhkəməyə gələ bilmədiyini bildiriblər.