Şimali Amerikanın ən böyük Türk festivalında iştirak edən Türkiyənin ABŞ-dakı səfiri belə tədbirlərin mədəni mübadiləni təşviq etmək potensialını vurğuladı.
“Bu cür fəaliyyətlər təkcə türklər arasında deyil, həm də Türkiyə icması ilə daha geniş Amerika cəmiyyəti arasında qarşılıqlı əlaqəni asanlaşdıra bilər”, - deyə Sedat Önal 23 mayda başlayan və üç gün davam edən Türkiyə Festivalında bildirdi. Önal dedi: “Türkiyə-ABŞ münasibətlərindəki mövcud vəziyyət ümidverici mərhələdir. Əlaqələrimizin ən vacib və güclü hissələrindən biri insanlararası münasibətdir. Türkiyə Festivalı kimi tədbirlərin bunu təşviq edir. Düşünürəm ki, bu cür tədbirlər dostluq, əməkdaşlıq, empatiya və anlaşma bağlarını artırmağa kömək olur. Belə fəaliyyətləri dəstəkləməyə davam edəcəyik.
İcma toplaşması
Tədbir mayın 23-də Rosemontdakı “Donald E.Stephens” konvensiya mərkəzində açıldı və həftə sonu musiqi, yemək, incəsənət və mədəni mübadilə ilə dolu bir atmosfer yaratdı. Festival ərazisində 200-dən çox stend qurulmuşdu və burada Türkiyə mətbəxi, sənətkarlıq işləri və xəttatlıq, ebru (kağız üzərində su rəngləri ilə naxış), miniatür və keramika kimi ənənəvi sənətlər təqdim olundu.
Festival türk icmasının geniş dünyagörüşünü nümayiş etdirib: azərbaycanlıları, Orta Asiyalıları və yerli müsəlman qrupları bir araya gətirib.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim tədbirdəki çıxışında deyib: “Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət”dir. Biz təkcə Türkiyə və Azərbaycanda deyil, həm də müxtəlif coğrafiyalarda - Amerikada, Çikaqoda birlikdəyik. Həmişə bir-birimizin yanında dayanırıq”.
Tanzaniyada Türkiyənin səfiri olmuş Güllüoğlu festivalla bağlı bunları söyləyib: “Bizim paylaşmaq üçün çox geniş və zəngin mədəniyyətimiz var, mətbəximizdən xalq rəqslərinə, Osmanlı və Səlcuq dövrləri mirasından Türkiyə Cümhuriyyətinin tarixinə qədər. Dünyaya danışa biləcəyimiz çox şey var. Biz bunları paylaşmasaq, başqalarından gizli bir xəzinə olaraq qalırıq.”