DÜNYA
2 dəqiqə oxuma
UNICEF:''Darfurda vəba epidemiyası 80-dən çox insanın ölümünə səbəb olub''
Bu barәә UNİCEF-in yaydığı mәlumatda bildirilib
UNICEF:''Darfurda vəba epidemiyası 80-dən çox insanın ölümünə səbəb olub''
/ Reuters
4 avqust 2025 г.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) bazar günü yaydığı bəyanatda bildirib ki, vəba epidemiyası səbəbindən Sudanın Darfur əyalətində ən azı 80 nəfər həyatını itirib, 2100-dən çox insan isə xəstəliyə yoluxub.

UNICEF-in məlumatına görə, xüsusilə Şimali Darfurun Tavila bölgəsində iyunun 21-dən bu yana 20 nəfər vəba səbəbindən dünyasını dəyişib, 1180 yoluxma halı qeydə alınıb.

Bəyanatda vurğulanıb ki, iyulun 30-na olan məlumata görə, Darfurda ümumilikdə 2140 nəfərdə vəba xəstəliyi aşkarlanıb və ən azı 80 ölüm faktı qeydə alınıb. BMT eyni zamanda Şimali Darfurda 640 mindən çox uşağın zorakılıq, aclıq və vəba təhlükəsi ilə üzləşdiyi ilə bağlı xəbərdarlıq edib.

UNICEF-in Sudandakı nümayəndəsi Şeldon Yet deyib:
“Qarşısı alına bilən və asanlıqla müalicə oluna bilən vəba Tavila və Darfurun digər bölgələrində sürətlə yayılır. Bu isə xüsusən uşaqların, ən gənc və ən həssas insanların həyatını təhlükə altına qoyur.”

Yet həmçinin qeyd edib ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün davam edən səylərə baxmayaraq, bölgədə zorakılıq halları artmaqdadır.
“Təhlükəsiz və maneəsiz humanitar yardımın çatdırılması həyati əhəmiyyət kəsb edir. Bu uşaqlar daha bir gün belə gözləyə bilməz,” – deyə o bildirib.

Sudanda zorakılıq və epidemiyanın ağır nəticələri

BMT-nin məlumatına görə, 2024-cü ilin avqustundan bəri Sudanın 18 əyalətindən 17-də 94,170-dən çox vəbaya yoluxması və 2,370-dən çox ölüm faktı qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ilin aprelindən etibarən Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (RSF) arasında toqquşmalar davam edir. BMT və yerli rəsmilərin məlumatına görə, münaqişə nəticəsində 20 mindən çox insan həlak olub, 14 milyon insan isə evlərini tərk etmək məcburiyyətində qalıb. ABŞ universitetlərinin araşdırmalarına görə, ölənlərin sayı 130 min nəfərə yaxın ola bilər.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us