Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komitəsinin sədri, Ədalət və İnkişaf Partiyasının (AK Partiya) millət vəkili Fuad Oqtay iyunun 9-da "Concordia" Avropa Sammiti çərçivəsində "TRT World" telekanalının London ofisini ziyarəti zamanı "TRT Haber" kanalına verdiyi açıqlamada deyib: "Hazırkı hərbi çatışmazlıqlar və Avropada geniş yayılmış narahatlıq bu yanlış strateji perspektivin birbaşa nəticəsidir. Avropadakı hərbi çatışmazlıqların miqyası və hazırkı panika mühiti bu strateji korluğun nəticəsidir.
Ankaradan baxanda bu yanlış mühakimənin xüsusilə açıq olduğunu görürük. Türkiyənin Avropanın təhlükəsizliyindəki rolu çox vaxt lazımınca qiymətləndirilmədi.
Oktay bildirib ki, bu gün təhlükəsizliyə təhdidlər təkcə ənənəvi hərbi hücumlardan qaynaqlanmır, eyni zamanda terror, kiberhücumlar, beynəlxalq miqrasiya kimi fərqli ölçülərə malikdir.
Avropa mövcud çətinliklərin öhdəsindən gəlmək istəyirsə, özünü dünyanın mərkəzi kimi görmək fikrindən əl çəkməlidir. Biz Avropaya mesajı çatdırmaq istəyirdik ki, o, özünü dünyanın mərkəzi kimi görməməlidir. Özünü dünyanın bir parçası kimi görəndə bu strateji korluqdan çıxa biləcəyini və bu prizmadan baxıldığında Türkiyənin Avropa təhlükəsizliyi baxımından daha təhlükəsiz mövqedə olduğunu izah etdik.
Türkiyənin çoxdinli və çox perspektivli cəmiyyəti Avropanın inkişaf edən təhlükəsizlik çərçivəsinə daha yaxşı inteqrasiya olunarsa, qitəyə əhəmiyyətli güc əlavə edə bilər".
Əsas güc
Sammit Avropada yeni müdafiə əsaslarının yaradılması ilə bağlı müzakirələrlə üst-üstə düşür. ABŞ-ın prezident Donald Tramp dövründə mövqeyini dəyişməsi ilə Aİ Vaşinqtonun hərbi dəstəyindən daha az asılı olan ümumi müdafiə ittifaqı yaratmağı düşünür.
Trampın Ukraynanın təhlükəsizliyinin təmin edilməsinin ABŞ-ın deyil, Avropanın məsuliyyəti olduğunu deməsi bu müzakirələri intensivləşdirib.
Bu narahatlıqları aradan qaldırmaq üçün Aİ Türkiyə də daxil olmaqla, NATO üzvləri ilə müdafiə prioritetlərini uyğunlaşdırmaq üçün “hemfikir ölkələr” təşəbbüsü adlı platforma yaradıb.
Son gərginliklərə baxmayaraq, Türkiyə Avropanın müdafiə ekosistemində əsas güc olaraq qalır.
F.Oqtay ölkənin müdafiə sənayesindəki irəliləyişlərinə və hərbi güc yerləşdirmək imkanlarınə diqqət çəkərək deyib ki, NATO-nun ikinci ən böyük gücü olan Türkiyə müdafiə sənayesi və yerləşdirə biləcəyi güc baxımından Avropanın ən hazırlıqlı ölkəsidir.
NATO müttəfiqləri ilə müdafiə əlaqələri Türkiyənin Rusiyadan S-400 raket sistemlərini almasından sonra ABŞ-ın sanksiyaları səbəbindən gərginləşib. Bu sanksiyalar Türkiyənin ABŞ-ın rəhbərlik etdiyi F-35 döyüş təyyarəsi proqramından çıxarılmasına səbəb olub.
Fuad Oqtay Türkiyə ilə əməkdaşlığın həyati əhəmiyyət daşıdığını vurğulayaraq onu da deyib ki, yeni təhlükəsizlik arxitekturasında Türkiyə ilə əməkdaşlıq etməyin və bu strateji korluqdan çıxmağın Avropanın öz xeyrinə olduğunu izah etməyə çalışdıq. Bunu hər fürsətdə dilə gətirməyə davam edəcəyik.
"Səssizlərin səsi"
F.Oqtay "TRT World" əməkdaşlarını da Qurban bayramı münasibətilə təbrik edib, kanalın fəaliyyətini yüksək qiymətləndirib və qurumu Türkiyənin beynəlxalq media səhnəsində önəmli təmsilçisi kimi dəyərləndirib.
O, səfərdən sonra verdiyi açıqlamada isə deyib ki, səssizlərin səsi Türkiyəni beynəlxalq arenada təmsil edən "TRT World"ün London ofisini həm əməkdaşlarının bayramını qeyd etmək, həm də millətimiz adından təşəkkür etmək fürsəti əldə etdik.
F.Oqtay TRT World-ün missiyasının yayımdan kənara çıxdığını və Türkiyənin perspektivlərini xaricə çatdırmaq üçün güclü platforma rolunu oynadığını vurğulayaraq deyib: "Millətimizin səsini dünyaya çatdırmaq təkcə borc deyil, həm də tarixi məsuliyyətdir. Biz bayrağımızı qürurla daşıyan, millətimizin haqq işini dünya ictimaiyyətinə qətiyyətlə təqdim edən "TRT World" kimi qurumlarımızla fəxr edirik".
Komandaya uğurlarının davamlı olmasını arzulayan Oqtay Türkiyənin qlobal kommunikasiya imkanlarını gücləndirmək üçün davamlı dəstəyi vəd edib.