SİYASƏT
2 dəqiqə oxuma
Ərəb dövlətləri liderləri hərəkətə keçdi
İran raketləri İsrail Müdafiə Nazirliyi və hərbi mərkəzi komandanlığının yerləşdiyi Kirya kompleksini - “İsrailin Pentaqonu"nu da vurdu
Ərəb dövlətləri liderləri hərəkətə keçdi
File/Arab governments call for calm after Israeli airstrikes on Iran. Saudi Arabia, Qatar, Egypt, Jordan and others warn of escalating the conflict. / AP
13 saat əvvəl

  İsrailin hava zərbələri İranın nüvə obyektlərini, yüksək rütbəli hərbi xadimləri və mülki vətəndaşları hədəf alıb, onlarla adamın ölümünə və yüzlərlə insanın yaralanmasına səbəb olub. Bundan sonra ərəb dövlətləri regional gərginliyi cilovlamaq üçün diplomatik səylərini gücləndirib. Səudiyyə Ərəbistanı, Qətər, Misir, İordaniya, Küveyt, İraq və Fələstin İsrailin İrana hücumlara başlaması və rəsmi Tehranın cavab zərbələri nəticəsində bir israillinin ölməsi və onlarla adamın yaralanması ilə nəticələnən regional münaqişənin böyüyəcəyindən narahatlığını ifadə edib və tərəfləri milli suverenliyə hörmət etməyə və diplomatik həll yollarını axtarmağa çağırıb.

  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman vəziyyəti ABŞ prezidenti Donald Trampla müzakirə edib. Ölkənin Xarici işlər naziri isə iranlı həmkarı ilə danışaraq “İsrailin hücumlarını regional diplomatiyaya zərbə” adlandırıb.

  Qətərin Xarici işlər naziri dərin narahatlığını dilə gətirərək tərəfdaşlarla əməkdaşlıq şəklində vəziyyətin daha da gərginləşməsinin qarşısını almağa çalışacağını bildirib.

  Birləşmiş Ərəb Əmirlikləri, Oman, Misir, İordaniya, Küveyt və İraq da oxşar xəbərdarlıqlar edərək bütün tərəfləri milli suverenliyə hörmət etməyə və diplomatik həll yollarını izləməyə çağırıblar.

  İordaniyanın Xarici işlər naziri ölkəsinin hava məkanının pozulmasına dözməyəcəyini bəyan edib. İraq isə artıq İsrailin İraq hava məkanından istifadə edərək hücumlar törətməsilə bağlı BMT Təhlükəsizlik Şurasına rəsmi şikayət göndərib.

  Fələstin rəsmiləri də vəziyyətin daha geniş müharibəyə çevrilməsinin qarşısını almaq üçün regional koordinasiyanın vacibliyini vurğulayıblar.

  İsrail iyunun 13-də erkən saatlarda İrana hücumlara başlayaraq ölkənin nüvə, hərbi və mülki obyektlərini hədəf alıb, yüksək rütbəli hərbi komandirlərini və alimləri öldürüb. Hücumlar gecəyə qədər davam edib. Paytaxt Tehran, Natanz, Təbriz və İsfahan kimi şəhərlər vurulub.

  İran Əsl Vəd III Əməliyyatı adlandırdığı cavabı 13 iyun gecəsi verib. Bu hücumlar zamanı paytaxt Tel-Əviv də daxil olmaqla, İsrailin bir çox ərazisi vurulub. İran raketləri İsrail Müdafiə Nazirliyi və hərbi mərkəzi komandanlığının yerləşdiyi Kirya kompleksini də hədəf alıb. Bu kompleks “İsrailin Pentaqonu" adlandırılır.

MƏNBƏ:trt global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us