SİYASƏT
2 dəqiqə oxuma
21-ci əsrin ən dəhşətli təyyarə qəzalarından biri
Bu, “Air İndia Boeing 787-8 Dreamliner” modelinin ilk qəzasıdır
21-ci əsrin ən dəhşətli təyyarə qəzalarından biri
Forensic teams are still looking for the second black box, as they probe why the plane crashed after lifting barely 100 metres from the ground. / AA
13 saat əvvəl

  İyunun 12-də günorta saatlarında “Air İndia Boeing 787-8 Dreamliner” təyyarəsi qəza etməzdən əvvəl mayday siqnalı göndərib və sonra yaşayış binalarına çırpılaraq alov topuna çevrilib.

  Hindistanın şimalındakı Əhmədabad şəhərində baş verən bu qəza yerindən 279 cəsəd tapılıb. Bu hadisə “21-ci əsrin ən dəhşətli təyyarə qəzalarından biri” hesab olunur. 242 sərnişin və ekipaj üzvündən yalnız biri sağ qalıb.

  Təyyarənin quyruq hissəsi tibb işçiləri üçün nəzərdə tutulmuş yataqxanaya çırpılıb, nəticədə orada 38 nəfər həlak olub.

  “İki ildən sonra övladımı gördüm. Bu, çox sevindirici anlar idi”, - deyə Anil Patel bildirib.

  Oğlu və gəlini onunla görüşdən sonra “Air İndia” reysinə minmişdilər.

  “İndi isə heç nə qalmayıb”, - deyə Anıl göz yaşlarını saxlaya bilmir.

Qara qutunun axtarışı

  Sərnişinlərin kədərli qohumları Əhmədabadda DNA nümunələri təqdim edirlər, bəziləri isə bu prosesə kömək etmək üçün Hindistana uçublar. Rəsmi ölüm sayı yalnız DNA identifikasiyası prosesi tamamlandıqdan sonra dəqiqləşdiriləcək.

  “Air İndia” bildirib: “Təyyarədə 169 hindistanlı sərnişin, 53 britaniyalı, 7 portuqaliyalı və 1 kanadalı olub. Ekipaj üzvlərinin sayı isə 12 nəfər idi. Həlak olanlar arasında yüksək rütbəli siyasətçi və yeniyetmə çay satıcısı da var idi”.

  Yeganə sağ qalan şəxs 40 yaşlı Vişvaş Kumar Rameşdir. “Mən də öldüm sandım. Amma gözlərimi açınca hələ də sağ olduğumu anladım”, - deyə Britaniya vətəndaşı Rameş xəstəxana yatağında “DD News” milli telekanalına söyləyib.

  Aviasiya naziri Ram Mohan Naidu Kinjarapu deyib: “Uçuş məlumatlarını yazan cihaz, yəni qara qutu tapılıb. Bu, araşdırmalara əhəmiyyətli dərəcədə kömək edəcək. Qruplar ikinci qara qutunu da axtarırlar ki, niyə təyyarə havaya qalxdıqdan sonra cəmi 100 metr (330 fut) yüksəklikdə qəzaya uğrayıb”.

  ABŞ təyyarə istehsalçısı “Boeing” bildirib: “Hadisə “Air İndia” ilə əlaqədədir. Onlara dəstək verməyə hazırıq. Bu, “Air İndia Boeing 787-8 Dreamliner” modelinin ilk qəzasıdır”.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us