HAVELSAN (Hava Elektronik Sanayii) "ChatGPT" və "Gemini" kimi açıq mənbəli botların məlumat təhlükəsizliyi səbəbiylə korporativ istifadə üçün uyğun olmadığını ifadə edərək, təhlükəsiz alternativ olaraq oflayn MAIN sistemini təqdim etdi.
Türkiyənin proqram təminatı və müdafiə sənayesi nəhəngi HAVELSAN korporativ məlumatların təhlükəsizliyini təmin etmək üçün hazırlanmış qapalı dövrəli süni intellekt sistemi MAIN-in "ChatGPT" və "Gemini" kimi açıq mənbə platformalarına etibarlı alternativ təklif etdiyini açıqladı. Sistem internet bağlantısı olmadan işləyir və yalnız təşkilatın öz daxili məlumatlarından istifadə edir.
HAVELSAN Biznesin İnkişafı direktoru Arif Furkan Mendi İstanbulda keçirilən IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisində "Anadolu" agentliyinə bildirib ki, MAIN tamamilə oflayn fəaliyyət göstərən qurumlar üçün nəzərdə tutulmuş xüsusi süni intellekt köməkçisidir.
"Bu sistem internet bağlantısı olmadan işləyən AI köməkçisi təklif edir" deyən Mendi Türkiyədəki təşkilatların ciddi səviyyədə məlumatlara sahib olduğunu və bu məlumatları şərh etmək üçün xüsusi bir infrastrukturun yaradılmasının vacibliyini vurğulayıb.
Mendi "ChatGPT" və ya "Gemini" kimi açıq mənbəli çatbotlar gündəlik həyatımızda tez-tez istifadə olunur, lakin onlardan korporativ alətlər kimi istifadə məlumat təhlükəsizliyi baxımından mümkün deyil. Məlumatların xaricə ötürülməsi və ya internet vasitəsilə dünyaya təqdim edilməsi ciddi kibertəhlükəsizlik riskləri yaradır" deyib.
HAVELSAN-ın inkişaf etdirdikləri MAIN sistemi ilə qurumlara təhlükəsiz infrastruktur təmin etdiyini qeyd edən Mendi süni intellekt xidmətinin xarici dünya ilə heç bir əlaqəsi olmadan tamamilə qurum daxilində fəaliyyət göstərdiyini bildirib.
O deyib ki, məlumatlar tamamilə qurumun daxilində qalır. Biz bu infrastrukturu, o cümlədən serverləri təmin edirik və məlumatların xaricə çıxmasına heç vaxt icazə vermirik.
Mendi həmçinin MAIN-dən istifadə etməyə başlayan qurumların süni intellekt ilə gələn səmərəlilik və xərc üstünlüklərindən faydalana biləcəyini qeyd edərək, bunun xüsusilə dövlət və özəl sektorlar üçün əhəmiyyətli bir qazanc olduğunu vurğulayıb.
Mendi qeyd edib ki, HAVELSAN təkcə MAIN ilə deyil, müxtəlif parametr dəstlərinə malik bir çox süni intellekt modelləri ilə də xidmətlər təklif edir. Bu modellərə 9 milyard və 70 milyard parametrli modellərlə yanaşı, daha böyük modellər də daxildir. Qurumlar tərəfindən saxlanılan məlumatların növündən asılı olaraq müxtəlif modellərdən istifadə edirik. Bu da müxtəlif sahələrə xidmət göstərməyə imkan verir.
Mendi onu da bildirib ki, MAIN sistemi təkcə hərbi məqsədlər üçün deyil, həm də proqram təminatının yaradılması proseslərində istifadə edilə bilər. Sistem təkcə tərtibatçılara kömək etmir, həm də ekranın və proqramların sürətli istehsalına kömək edir.
Mendi onu da deyib ki, bizim aşağı kodlu inkişaf platformamız sayəsində istifadəçilərə sürətli ekran dizaynı və tətbiq istehsalı kimi proqram proseslərində də dəstək oluruq.
İctimai məlumatlarda səmərəlilik üçün təhlükəsiz sünu intellekt
Arif Furkan Mendi HAVELSAN-ın müxtəlif tətbiqlərə xidmət edə bilən süni intellekt əsaslı infrastrukturlar təklif etdiyini vurğulayıb və MAIN sisteminin dövlət sektorunda istifadəsi ilə bağlı sualı da cavablandırıb.
Mendi HAVELSAN-ın Türkiyədə dövlət sektorunda rəqəmsal transformasiyaya rəhbərlik etdiyini və bu transformasiyanın ilk növbədə informasiya və kommunikasiya texnologiyaları vasitəsilə həyata keçirildiyini bildirib.
"MAIN ilə biz ilk növbədə dövlət qurumlarını transformasiya etməyi hədəfləyirik. Bu yolla, ictimai məlumat bazalarını daha mənalı hala gətirərək səmərəliliyi artırmaq istəyirik. Bu transformasiyadan sonra məlumatları Türkiyə daxilində yaymağı və nəticədə son istifadəçiyə çata biləcək bir struktur yaratmağı hədəfləyirik", -deyə o qeyd edib.
Türkiyənin İT və müdafiə sənayesində fəaliyyət göstərən proqram və sistem şirkəti HAVELSAN İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF) çoxsaylı məhsul və xidmətləri təqdim edir. Bu məhsullara çoxdomenli komanda və idarəetmə mexanizmləri, süni intellektə əsaslanan qərara dəstək sistemləri və hibrid əməliyyat platformaları daxildir. HAVELSAN sərgidə “Müdafiə üçün Süni İntellekt” mövzusu ilə iştirak edir.
İstanbul Sərgi Mərkəzində, Atatürk Hava Limanında, WOW Otelində və Ataköy Marinada eyni vaxtda keçirilən altı günlük yarmarka qapılarını açıb.
Builki tədbirdə 103 ölkədən nazirlər, Baş Qərargah rəisləri və yüksək səviyyəli nümayəndələr iştirak edib, 44 ölkədən stendlər yaradılıb. Sərgidə 900-dən çox yerli və 400-ə yaxın xarici müdafiə sənayesi şirkəti təmsil olunur.