DÜNYA
3 dəqiqə oxuma
İsrailin İrana hücumundan sonra aviaşirkətlər reyslərin istiqamətlərini dəyişdirir
İyunun 10-da İsrailin İrana qarşı hücumlarından sonra aviaşirkətlər İsrail, İran, İraq və İordaniya üzərindəki hava məkanından uçuşları dayandırıb
İsrailin İrana hücumundan sonra aviaşirkətlər reyslərin istiqamətlərini dəyişdirir
İsrailin İrana qarşı hücumlarından sonra aviaşirkətlər İsrail, İran, İraq və İordaniya üzərindəki hava məkanından uçuşları dayandırıdı / Reuters
17 saat əvvəl

İyunun 10-da İsrailin İrana qarşı hücumlarından sonra aviaşirkətlər İsrail, İran, İraq və İordaniya üzərindəki hava məkanından uçuşları dayandırıb.

“Flightradar24” veb-saytının məlumatına əsasən, aviaşirkətlər sərnişinlər və ekipajın təhlükəsizliyini təmin etmək üçün uçuşları yönləndirmək və ya ləğv etmək üçün təcili tədbirlər görüblər.

Dünyada artan münaqişə zonaları aviaşirkətlərin fəaliyyətinə və gəlirlərinə daha çox yük olmaqla yanaşı, təhlükəsizliklə bağlı narahatlıqları da artırır. “Osprey Flight Solutions” aviasiya risk məsləhət şirkətinin məlumatına görə, 2001-ci ildən bəri altı kommersiya təyyarəsi təsadüfən vurulub və üçü az qala vurulmaq təhlükəsi ilə üzləşib.

Qeyd edək ki, İsrail iyunun 13-də İranın nüvə obyektlərini, ballistik raket zavodlarını və hərbi komandirlərini hədəf aldığını və Tehranın atom silahı hazırlamasının qarşısını almaq üçün çoxmərhələli hücum başlatdığını bildirib.

Tel-Əvivdəki Ben Qurion Hava Limanı növbəti xəbərdarlığa qədər bağlanıb və İsrailin hava müdafiə bölmələri İranın mümkün cavab zərbələrinə qarşı yüksək hazırlıq vəziyyətinə gətirilib. İsrailin milli aviaşirkəti “El Al Airlines” İsrailə və İsraildən uçuşları dayandırdığını açıqlayıb.

Dövlət mediası və pilotlara verilən bildirişlərə əsasən, İranın hava məkanı növbəti xəbərdarlığa qədər bağlanıb. İranda hücum xəbərləri yayıldığı zaman Dubayın “Emirates”, “Lufthansa” və “Air India” kimi aviaşirkətlərinin bir sıra ticarət uçuşları İran hava məkanı üzərində idi.

Avropa və Şimali Amerika uçuşları üçün İran hava məkanından uçan “Air India”, Nyu-York, Vankuver, Çikaqo və London kimi şəhərlərdən olan bir neçə uçuşun istiqamətinin dəyişdirildiyini və ya geri qaytarıldığını bildirib. “Emirates” və “Lufthansa” isə dərhal şərh verməyib.

Vəziyyət hələ də naməlum olaraq qalmaqdadır

İraq dövlət mediasının məlumatına görə, İraq iyunun 13-də erkən saatlarda hava məkanını bağlayıb və bütün hava limanlarında uçuşları dayandırıb.

İranla sərhədə yaxın olan İraqın şərqi dünyanın ən sıx hava dəhlizlərindən birini təşkil edir və hər an Asiyadan Avropaya gedən onlarla uçuş bu məkandan keçir.

Uçuşlar tədricən Mərkəzi Asiya və ya Səudiyyə Ərəbistanı hava məkanına istiqamətləndirilib. İsrail və İraq arasında yerləşən İordaniya isə İsrailin hücumlarından bir neçə saat sonra hava məkanını bağlayıb.

Uçuş riski məlumatlarını paylaşan OPSGROUP tərəfindən idarə olunan "Safe Airspace" veb-saytına görə, vəziyyət hələ də naməlum olaraq qalmaqdadır - operatorlar hazırda bu sahədə həddindən artıq ehtiyatlı olmalıdırlar.

İyunun 13-də səhər radələrində Dubaya enməsi planlaşdırılan bir neçə reys dəyişdirilib. “Emirates”in Mançesterdən Dubaya uçan təyyarəsi İstanbula, “Flydubai” şirkətinin Belqraddan uçan təyyarəsi isə Ermənistan paytaxtın İrəvanına yönləndirilib.

"Flydubai" aşağı büdcəli aviadaşıyıcı Əmman, Beyrut, Dəməşq, İran və İsrailə uçuşları dayandırdığını, bir sıra digər reyslərin isə ləğv edildiyini, marşrutunun dəyişdirildiyini və ya gediş nöqtələrinə qaytarıldığını bildirib.

"Flightradar24" saytının xəbərinə görə, "Qatar Airways" bu gün Dəməşqə olan iki reysi ləğv edib.

Qeyd edk ki, 2023-cü ilin oktyabr ayından Yaxın Şərqdəki İsrail-Fələstin münaqişəsi kommersiya aviasiyasının əsas uçuş yolları üzərində qısa müddətdə baş verən pilotsuz təyyarələr və raket hücumları ilə eyni səmanı paylaşmasına səbəb oldu. Bəzi hallarda bu hücumlar pilotların və sərnişinlərin görə biləcəyi qədər yaxın idi.

"Eurocontrol"un məlumatına görə, keçən il Avropaya və Avropadan gündəlik 1400 uçuş Yaxın Şərqin hava məkanıdan reallaşıb.

Ötən il Qazaxıstan və Sudanda təyyarələr atəşə tutulub. Bu hadisələr 2014-cü ildə Ukraynanın şərqi üzərində Malayziya Hava Yollarının MH17 reysinin və 2020-ci ildə Tehrandan Ukrayna Beynəlxalq Hava Yollarının PS752 reysinin vurulmasından sonra baş verib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us