Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik interkonneksiya xətti layihəsinin tezliklə hazırlanması nəzərdə tutulur.
Ərdoğan bu fikirləri Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılış mərasiminə ünvanladığı müraciətdə qeyd edib. Onun müraciətini Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar tədbir zamanı səsləndirib.
Bildirilib ki, Türkiyə-Naxçıvan və Türkiyə-Gürcüstan interkonneksiya tutumlarının yüksəldilməsinə ehtiyac var:
"Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni bir elektrik interkonneksiya xəttinin qurulması məqsədilə "Yaşıl enerjinin ötürülməsi və ticarətinə dair əməkdaşlıq haqqında yeni anlaşma memorandumu imzaladıq. Bölgəmizin enerji təhlükəsizliyi və rifahı baxımından digər bir tarixi addımı təşkil edən bu layihəni ən qısa vaxtda tamamlamağı hədəfləyirik".
Strateji layihələr
Ərdoğan Türkiyə və Azərbaycan arasında elektrik əlaqəsinin artırılmasının da strateji əhəmiyyətə malik bir layihə olduğunu vurğulayıb.
Türkiyə ilə Naxçıvan və Türkiyə ilə Gürcüstan arasında əlaqə imkanlarının artırılmasının vacibliyini qeyd edən Ərdoğan deyib:
“Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında yeni elektrik əlaqə xəttinin qurulması üçün yaşıl elektrik ötürülməsi və ticarəti sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalamışıq.
Bu layihəni regionumuzun enerji təhlükəsizliyi və rifahı üçün tarixi bir addım olaraq, mümkün qədər tez başa çatdırmağı hədəfləyirik”.
Ərdoğan iki ölkə arasında yeni təbii qaz layihələri üçün əhəmiyyətli potensialın olduğunu bildirib.
“Uzun müddətdir həm Türkiyəyə, həm də Avropaya əhəmiyyətli həcmdə qaz tədarük edən Azərbaycan qlobal enerji bazarında strateji rol oynayır. Bu rol, xüsusilə mövcud şəraitdə daha da əhəmiyyətlidir,” - deyə o qeyd edib.
Dövlət başçısı onu da deyib ki, gələcək dövrdə Türkmən qazının Azərbaycan və Türkiyə vasitəsilə ixracı sahəsində əməkdaşlığımızı gücləndirmək üçün mühüm bir fürsətimiz var. Bu layihə tədarük marşrutlarını şaxələndirməyə və regional rifaha töhfə verməyə kömək edəcək.