Bu barədə Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin Nazirlər Kabineti qərar qəbul edib.
Nazirlər Kabineti qərarında qeyd edilib ki, Əziz Sancarın elmi, texniki və mədəniyyət sahələrində Şimali Kiprə xidmət edəcəyi və ölkənin xaricdə tanıdılmasına töhfə verəcəyi nəzərə alınaraq onun vətəndaşlığa qəbul olunmasına qərar verilir.
Adanı tez-tez ziyarət edən və Yaxın Şərq Universitetinin Sintetik Biologiya Tədqiqat və Texnologiya Mərkəzinin elmi heyət üzvü olan Sancar uzun müddətdir ki, Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) tanınması ilə bağlı dəstəyini ifadə edir.
“Şimali Kıbrıs Türk Cümhuriyyəti tanınmalıdır”
Qeyd edək ki, 2022-ci ildə, Prezident Rəcəb Tayyib Ərdoğanın BMT Baş Assambleyasındakı çıxışında qlobal tanınma çağırışından qısa müddət sonra, Sancar üzərində “ŞKTR Tanınmalıdır” yazılmış köynək geyindiyi bir fotoşəkili sosial mediada paylaşmışdı.
Onun ada ilə əlaqələri, Şimali Kıbrıs Türk Cümkhuriyyəti prezidenti Ersin Tatarla yaxın münasibətləri və hazırda prezidentin sağlamlıq üzrə məsləhətçisi olan professor Nədimə Sərakıncı ilə əməkdaşlığı sayəsində daha da güclənib.
DNT təmirində əsaslı kəşf
Sancar 2015-ci ildə DNT-nin təmiri sahəsindəki əsaslı işlərinə görə kimya üzrə Nobel mükafatını qazanıb. Hüceyrələrin zədələnmiş DNT-ni necə bərpa etdiyini xəritə hazırlaması ilə tanınan Sancarın kəşfi canlı orqanizmlərin genetik bütövlüyünü necə qoruduğunu anlamaq üçün çox vacibdir.
Onun işi günəş işığı və toksinlər kimi gündəlik faktorların səbəb olduğu DNT zədəsinin necə düzəldildiyini aşkar edərək xərçəngin müalicəsi, genetik tədqiqatlar və fərdiləşdirilmiş tibbdə əhəmiyyətli irəliləyişlərə yol açdı.