SİYASƏT
1 dəqiqə oxuma
Almaniya müdafiə naziri Boris Pistorius Ukraynaya səfər edib
Almaniyanın müdafiə naziri səfəri zamanı rəsmi Kiyevin özünü müdafiə etməsinə və Rusiya ilə danışıqlarda mövqeyini gücləndirməsinə verdikləri dəstəyi bir daha vurğulayıb
Almaniya müdafiə naziri Boris Pistorius Ukraynaya səfər edib
/ Reuters
12 iyun 2025 г.

Almaniyanın müdafiə naziri Boris Pistorius bu gün Kiyevə səfər edib. Səfər sülh danışıqlarının dalana dirəndiyi və Rusiyanın hücumlarını intensivləşdirdiyi bir vaxta təsadüf edir.

Xatırladaq ki, Rusiya və Ukrayna 2022-ci ilin fevralında başlayan müharibəyə son qoymaq məqsədilə bu ayın əvvəlində İstanbulda sülh danışıqları aparıb. Lakin tərəflər arasında ərazi güzəştləri və Ukraynanın gələcəkdə NATO-ya üzv olması kimi məsələlərdə ciddi fikir ayrılıqları qalmaqdadır. Tərəflər arasındakı döyüşlər səngimədən davam edir. Çərşənbə günü Rusiya tərəfindən Ukraynanın ikinci böyük şəhəri Xarkova endirilən PUA zərbələri nəticəsində 6 nəfər həyatını itirib.

Pistorius səfəri zamanı jurnalistlərə verdiyi açıqlamada bu ifadələrə yer verib:“Bu səfərin əsas məqsədi Almaniyanın və yeni federal hökumətin Ukraynanın yanında olmağa davam etdiyini göstərməkdir. Vəziyyətin daha da çətinləşdiyi bir vaxtda bu dəstək daha böyük əhəmiyyət kəsb edir’’.

Boris Pistorius həmçinin bildirib ki, Almaniya və digər Avropa ölkələrinin Ukraynaya əlavə silah dəstəyi məsələsi də gündəmdədir.

Pistorius səfərdən əvvəl verdiyi açıqlamada isə “Ukraynanın özünü müdafiə etməsi və Rusiya ilə danışıqlarda mövqeyini gücləndirməsi üçün əlimizdən gələni edirik” deyib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us