Sudan, Ukrayna və Myanmada uzun müddətdir davam edən münaqişələr, 2 milyona yaxın suriyalının geri qayıtmasına baxmayaraq, didərgin edilənlərin sayını rekord həddə çatdırıb. Yardım fondları isə 2015-ci ildəki səviyyəyə enib.
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) iyunun 12-də bildirib ki, cari il dünya miqyasında müharibə və zülmlər nəticəsində didərgin düşmüş insanların sayı 122 milyonu ötüb. Artımda Sudan və Ukraynadakı kimi illərdir davam edən münaqişələrin həll olunmaması səbəbdir, qaçqınlara yardımın maliyyələşdirilməsi isə 2015-ci il səviyyəsinə düşüb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi tərəfindən açıqlanan hesabatda 2025-ci ilin aprel ayının sonuna qədər dünya üzrə əvvəlki illə müqayisədə 2 milyondan çox insanın didərgin düşəcəyi bildirilib. Bu artım Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra təxminən eyni sayda suriyalının öz ölkələrinə qayıtmasına baxmayaraq baş verib.
Hesabatda köçkünlərin artmasının əsas səbəbləri kimi Sudan, Myanma və Ukraynada genişmiqyaslı münaqişələr, həmçinin “münaqişənin dayandırılmasının davamlı uğursuzluğu” göstərilib.
"Biz beynəlxalq münasibətlərdə dərin qarışıqlıq dövründəyik; müasir müharibələr ağır insan faciələri ilə qarışmış kövrək və qorxulu mənzərə yaradır", -deyə Qrandi hesabat barədə açıqlama verərkən deyib.
UNHCR bildirib ki, didərginlərin sayındakı bu artım yardımın maliyyələşdirilməsinin azalması dövrü ilə üst-üstə düşür və bu, vəziyyəti daha da pisləşdirir.
Komissarlıq maliyyə kesintilərini "amansız və davamlı" olaraq xarakterizə edib və qaçqınların sayının 2015-ci illə müqayisədə iki dəfə artdığı, bu zaman qlobal qaçqın əhalisinin keçən ilin təxminən yarısı olduğunu bəyan edib.
Hesabatda qeyd olunub ki, yardımın maliyyələşdirilməsində azalma dayanıqlı deyil və qaçqınlar və digər həssas qruplar üçün təhlükə yaradır. Yardım təşkilatları bildirirlər ki, sülh razılaşmalarının əldə olunmasında siyasi rəhbərliyin olmaması münaqişələrin uzanmasına və onların yükünün artmasına səbəb olur.
UNHCR bildirib ki, tarixən ən böyük donoru olan Birləşmiş Ştatlar öz töhfələrini kəsərək milyonlarla insanın həyatını, xüsusilə qadın qaçqınları daha çox zorlama riski altında, uşaqları isə insan alveri riski altında qoyub.
UNHCR hansı ölkələrin maliyyəni kəsdiyinə dair təfərrüatları açıqlamayıb, lakin xatırladıb ki, xarici yardımların əksəriyyəti ABŞ prezidenti Donald Trampın dövründə kəsilib, İngiltərə və bəzi Avropa ölkələri də yardım büdcələrini azaldıb və müdafiə xərclərini artırıblar.