31 iyul 2025 г.
Litva Baş naziri Gintautas Palutskas onun kommersiya əlaqələri ilə bağlı aparılan korrupsiya araşdırmalarının paytaxt Vilnüsdə genişmiqyaslı etirazlara səbəb olmasından sonra istefa verib.
Xatırladaq ki, G.Palutskas ötən ilin sonunda keçirilən parlament seçkilərindən sonra üç partiyadan ibarət koalisiya hökumətinin formalaşması ilə Baş nazir vəzifəsinə təyin edilmişdi.
Məsələ ilə bağlı Litva prezidenti Gitanas Nauseda iyulun 31-də (bu gün) səhər saatlarında jurnalistlərə açıqlamasında bu ifadələrə yer verib: “G.Palutskas bu səhər mənə zəng etdi və istefa verdiyini bildirdi.”
Qeyd edək ki, hazırkı vaxtadək G.Palutskas özü ictimaiyyətə heç bir bəyanat verməyib.