SİYASƏT
1 dəqiqə oxuma
Yəməndəki husilər İsrailə qarşı “dəniz blokadası” mərhələsinə keçdiklərini açıqlayıblar
Husilər İsrail limanları ilə işləyən bütün şirkətləri hədəf alacaqlarını bəyan ediblər
Yəməndəki husilər İsrailə qarşı “dəniz blokadası” mərhələsinə keçdiklərini açıqlayıblar
Yəmən / AA
8 saat əvvəl

Yəməndə fəaliyyət göstərən Husi hərəkatı iyulun 27-də verdiyi bəyanatda, Qəzzada davam edən soyqırıma cavab olaraq İsrailə qarşı tətbiq edilən “dəniz blokadasının” dördüncü mərhələsinə keçdiklərini və hərbi əməliyyatlarını genişləndirmək qərarına gəldiklərini bildirib.

Hərəkatın silahlı qüvvələrinin yaydığı açıqlamada qeyd olunub ki, bu mərhələ İsrail limanları ilə işləyən istənilən şirkətə məxsus bütün gəmilərin – şirkətin mənsubiyyətindən və gəminin silahlı qüvvələr tərəfindən əlçatan olub-olmamasından asılı olmayaraq hədəf alınmasını əhatə edir.

Gəminin təyinat məntəqəsi harada olursa-olsun, əgər raket və pilotsuz uçuş aparatlarının çatacağı ərazidədirsə, o zaman hədəf olacaq. Bəyanatda bu gərginlikdən yayınmaq istəyən bütün dövlətlərin İsraili hücumlarını dayandırmağa və Qəzzaya tətbiq olunan blokadanın ləğvinə məcbur etməli olduqları vurğulanıb.

Qeyd edək ki, husilər İsrail qüvvələrinin mart ayında Qəzzaya hücumları bərpa etməsindən sonra İsrailə qarşı raket hücumlarını intensivləşdirib.

2023-cü ilin noyabrından bəri Husi hərəkatı Qəzzadakı fələstinlilərə dəstək məqsədilə Qırmızı dəniz, Ədən körfəzi və Ərəb dənizindəki ticarət gəmilərini də hədəfə almaqdadır.

Xatırladaq ki, İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 59 min 800-dən çox insan həyatını itirib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us