SİYASƏT
1 dəqiqə oxuma
Tailand Kambocanı əldə olunan atəşkəsi pozdmaqda ittiham edir
Malayziyanın vasitəçiliyi ilə razılaşdırılmış atəşkəs cəmi bir neçə saat sonra pozulub
Tailand Kambocanı əldə olunan atəşkəsi pozdmaqda ittiham edir
/ AP
29 iyul 2025 г.

Tailand ordusu Kambocanı əldə olunmuş atəşkəsi pozmaqda ittiham edib. Bildirilib ki, mübahisəli sərhəd zonasında toqquşmalar tərəflərin razılaşdırdığı atəşkəsin qüvvəyə minməsindən cəmi bir neçə saat sonra yenidən başlayıb.

Malayziyada 28 iyulda keçirilən sülh danışıqlarının ardından Tailand və Kamboca rəsmiləri 800 kilometrlik sərhəd boyunca yerləşən bir neçə qədim məbəd səbəbilə baş verən münaqişəyə son qoymaq üçün gecəyarısından etibarən qeyd-şərtsiz atəşkəs elan edilməsi barədə razılığa gəlmişdilər.

Bu barədə Tailand Ordusunun sözçüsü Vintay Suvari açlıqlama verərək deyib: “Atəşkəsin qüvvəyə mindiyi saatlarda Kamboca qüvvələrinin Tailand ərazisinin müxtəlif nöqtələrinə silahlı hücumlar etdiyi müşahidə olunub. Bu, razılaşmanın qəsdən pozulması və qarşılıqlı inamı sarsıtmağa yönəlmiş açıq bir cəhddir. Tailand öz qanuni özünümüdafiə hüququndan istifadə edərək adekvat şəkildə cavab verməyə məcbur olub.”

Kamboca Müdafiə Nazirliyinin sözçüsü Mali Soçeta isə bu ittihamları təkzib edərək deyib: “Heç bir bölgədə tərəflər arasında silahlı qarşıdurma baş verməyib.”

Tərəflər arasındaki qarşılıqlı ittihamlara baxmayaraq hər iki ölkənin hökumət rəsmisi iyulun 29-da (bu gün) verdikləri açıqlamada, sülh razılaşmasına uyğun olaraq sərhəd bölgələrinin komandanları arasında görüşlərin artıq başladığını bildiriblər.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us