SİYASƏT
1 dəqiqə oxuma
Türkiyə XİN: ''Türkiyə “Madleen” gəmisindəki vətəndaşlarının vəziyyətini yaxından izləyir''
Türkiyə Xarici İşlər Nazirliyi “Madleen” gəmisindəki Türkiyə vətəndaşları ilə bağlı bəyanat yaydı
Türkiyə XİN: ''Türkiyə “Madleen” gəmisindəki vətəndaşlarının vəziyyətini yaxından izləyir''
/ TRT World
10 iyun 2025 г.

Məlumata əsasən, saxlanılan şəxslər mayın 9-da gecə saatlarında gəmidən endirilib. Türkiyənin Təl-Əvivdəki Səfirliyinin nümayəndələri onlara baş çəkib.

İyunun 10-da (bu gün) verilən açıqlamada qeyd olunub ki, Türkiyə vətəndaşlarına hərtərəfli konsulluq dəstəyi göstərilib və onların yaxınları proses barədə məlumatlandırılıb.

Qeyd edək ki, Qəzza zolağındakı blokadanı yarmaq və bölgəyə yardım çatdırmaq məqsədi daşıyan Azadlıq Donanması Koalisiyası adlı qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən son missiya çərçivəsində, uzunluğu 18 metr olan gəmi iyunun 1-də İtaliyanın Katanya şəhərindəki San Covanni Li Kuti limanından Qəzzaya doğru yola çıxıb.

“Madleen” gəmisindəki aktivistlər İsrail ordusunun mümkün müdaxiləsi halında dinc və müqavimətsiz mövqe nümayiş etdirəcəklərini bəyan etmişdilər.

Xatırladaq ki, İsrail ordusunun mayın 9-da müdaxilə etdiyi “Madleen” gəmisinin göyərtəsində Avropa Parlamenti üzvü olan fransalı Rima Hassan, Almaniya vətəndaşı Yasemin Acar, Türkiyədən Hüseyin Şuayb Ordu, Braziliyadan Tiaqo Avila, İspaniyadan Serxio Toribio, Niderlanddan Marko van Rennes, Fransadan Baptist Andre, Reva Viard, Paskal Muryeras və Yanis Mhamdi, İsveçli ekoaktivist Qreta Tunberq və jurnalist Omar Faiad olub.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us