Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada artan gərginlikdən narahatlığını ifadə edərək, son günlərdə druz və bədəvi qrupları arasında başda cənubdakı Süveyda vilayətində baş verən zorakılıqların ölkənin ərazi bütövlüyünü təhdid edə biləcəyi barədə xəbərdarlıq edib.
NTV telekanalına açıqlama verən H.Fidan Suriyanın hər yerində müxtəlif qrupların aktivlik əlamətləri göstərməsindən sonra Türkiyənin xəbərdarlıq etmək məcburiyyətində qaldığını bildirib.
"Bəzi başqa qruplardan da fəallıq əlamətləri gördük, bunlar ölkənin şimalında, cənubunda, şərqində və qərbindədir. Türkiyə olaraq orada xəbərdarlıq etmək məcburiyyətindəydik. Çünki biz ölkənin birliyini, bütövlüyünü istəyirik", -deyə nazir Fidan qeyd edib.
Türkiyə XİN rəhbəri Türkiyənin məqsədinin Türkiyənin məqsədinin qonşu ölkələr, Avropa İttifaqı və ABŞ-ın səylərinə uyğun olaraq regional təhlükəsizlik və sabitliyi təmin etmək olduğunu bir daha vurğulayıb.
Fidan Türkiyənin Suriyada sülh yolu ilə keçid prosesini dəstəkləməyə davam etdiyini və Suriyanın yeni administrasiyasının son bəyanatlarının ümidverici olduğunu bildirib.
Fidan xəbərdarlıq edib ki, bəzi xarici aktorlar Suriyadakı qeyri-sabitlikdən öz strateji məqsədləri üçün istifadə etməyə çalışırlar.
Nazir “Biz həmişə görmüşük ki, Suriyanın parçalanmasından, qeyri-sabitliyindən və gücsüzlüyündən istifadə edə bilən aktyorlar Suriyanın düşdüyü acizlik, ümidsizlik və mənfilik çuxurunda batmaq istəyirlər" deyib.
Dialoqa çağırış
Hakan Fidan Süveydada baş verən son zorakılığı pisləyərək, hesabatlılığın tez bir zamanda zəruri olduğunu bildirib və bütün qrupları etnik və ya dini kimlikləri qorumaq bəhanəsi ilə Suriya birliyini təhdid etməkdən çəkinməyə çağırıb.
Nazir "Bu zorakılıq qəbuledilməzdir. Sadəcə birlik və bütövlüyü təmin etmək üçün ölkədə etnik və dini kimlikləri əzmək, etnik və dini kimlikləri daha yaxşı hiss etdirmək üçün ölkənin qalan hissəsini atəşə atmaq qədər səhvdir. Türkiyə bütün tərəflərin Suriyadakı etnik və dini icmaların hüquqlarına hörmət etməsini istəyir, lakin silahlar yalnız mərkəzi hökumətin əlində olmalıdır. Ancaq dövlət gücündən başqa heç kimin silahı olmayacaq. Dövlət isə təbii ki, dövlət mənim əlimdədir deyib bu qrupları əzməyəcək" deyib.
Fidan PKK/YPG-yə bağlı Suriya Demokratik Qüvvələrinin (SDQ) Suriya mərkəzi hökuməti ilə könüllü və qeyd-şərtsiz razılığa gəlməsinin həyati əhəmiyyət daşıdığını bildirib.
“SDQ-nin mərkəzi hökumətlə könüllü və təxirə salınmadan razılığa gəlməsi və əldə etdikləri razılaşmanın həyata keçirilməsi üçün həqiqi, davamlı və sarsılmaz addımlar atması vacibdir.
Əgər onlar burada təminat axtarırlarsa, Türkiyə kimi ölkələrin burada əsas hüquqlar, azadlıqlar, can və əmlak təhlükəsizliyi ilə bağlı şahid olması vacibdir”, -deyə Hakan Fidan əlavə edib.
O, həmçinin vurğulayıb ki, Suriyanın gələcəyi xarici hərbi təsirlərdən azad olmalıdır və bütün suriyalıların, o cümlədən kürdlərin hüquqları qorunmalıdır.
Suriya dövlətinin yenidən qurulmasına dəstək
Müdafiə sahəsində əməkdaşlığa gəlincə, Fidan bildirib ki, Türkiyə terrorla mübarizə və Suriyanın təhlükəsizlik qurumlarının yenidən qurulmasına yönəlmiş qanuni tərəfdaşlığı dəstəkləyir.
Fidan Suriyada dövlət qurumlarının bərpası olmadan təhlükəsizliyin, asayişin və xidmətlərin təmin edilməsinin mümkün olmadığını vurğulayaraq, “Səhiyyə, təhsil, nəqliyyat və enerji sahələrində problemlər var” deyib.
Qeyd edək ki, Süveydada toqquşmalar iyulun 13-də başlayıb və daha geniş iğtişaşlarla bağlı narahatlıqlar artırıb.
XİN rəhbəri H.Fidan gərginliyin həll olunmamasından narahatlığını ifadə edib və İsraili Suriya hökumətinin müdaxiləsinə mane olmaq cəhdində ittiham edərək deyib ki, açığını deyim ki, bədəvilər və druzlar arasında münaqişəyə mərkəzi hökumətin tərəfsiz şəkildə müdaxil etmək səylərinə İsrailin mane olduğunu görürük. Bu, əsasən bizim strateji etirazımız idi.