DÜNYA
2 dəqiqə oxuma
İsrail 2023-cü ilin oktyabrından etibarən Qəzzada 18 500-dən çox uşağı öldürüb
Bu barәdә Qәzza Sәhiyyә Nazirliyi mәlumat yayıb
İsrail 2023-cü ilin oktyabrından etibarən Qəzzada 18 500-dən çox uşağı öldürüb
/ AA
1 avqust 2025 г.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusu 2023-cü ilin oktyabrından bəri Qəzzada 18 592 fələstinli uşağı qətlə yetirib. Nazirliyin qeydlərinə əsasən, körpələrin əksəriyyəti doğulduqları gün həyatlarını itiriblər. Bəziləri doğulduqdan bir neçə saat sonra İsrailin hava hücumları və bombardmanları nəticəsində həlak olub.

Məlumatda vurğulanıb ki, öldürülən uşaqlar arasında 88-i bir aylıq, 90-ı iki aylıq, 78-i isə üç aylıqdır.

İsrail ordusu 2023-cü il oktyabrın 7-dən etibarən Qəzzada apardığı amansız hücumlarda 60 200-dən çox fələstinlini qətlə yetirib.

İsrail 18 ildir Qəzzanı blokadada saxlayır və 2024-cü ilin martın 2-dən bütün keçidləri bağlayaraq humanitar yardımların bölgəyə daxil olmasına mane olub. Bu isə 2,4 milyon əhalisi olan bölgədə vəziyyəti daha da ağırlaşdırır.

Qəzza Səhiyyə Nazirliyinin baş direktoru Münir əl-Berş bildirib ki, İsrailin 2023-cü ilin oktyabrından yürütdüyü kütləvi aclıq siyasəti səbəbindən Qəzzada ölən fələstinlilərin ümumi sayı 159-a çatıb ki, onlardan 90-ı uşaqdır.

“Bu insanlar birdən-birə ölməyiblər. Gündən-günə onları qida və dərmandan məhrum edən blokada altında, zalımla məzlumu eyniləşdirən qlobal səssizlik içində quruyub getdilər. Hər rəqəm bir insandır. Hər bir uşaq bir arzu idi. Öldürülən hər körpə qida, süd və qayğıya möhtac idi”, — deyə Münir əl-Berş vurğulayıb.

İsrailin insan hüquqları təşkilatları olan ‘‘B’Tselem’’ və ‘‘Physicians for Human Rights-İsrail’’ iyulun 28-də Fələstin cəmiyyətinin sistematik şəkildə məhv edilməsini və Qəzzada səhiyyə sisteminin qəsdən çökdürülməsini əsas gətirərək İsraili soyqırımda ittiham ediblər.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us