“TRT World” daha bir növbəti beynəlxalq mükafata layiq görüldü. Bu dəfə “2025 Telly Awards” müsabiqəsində, sosial video seriyası “Disenfranchised Americans” ( Hüquqlarından mehrum edilmiş amerikalılar) “İctimai Xidməti və Aktivizm” kateqoriyasında gümüş mükafata layiq görüldü.
Təsirli hekayəsi və xam, filtrsiz şahidliklər vasitəsilə diqqət çəkən seriya Puerto Rikodan, qorunan yerli ərazilər və hətta Vaşinqton daxil olmaqla milyonlarla amerikalının, ölkənin ən müqəddəs demokratik ritualı olan səsvermə hüququndan məhrum edilməsini işıqlandırır.
TRT ABŞ bürosunun rəhbəri Enes Adli “Məmnuniyyətlə bildirirəm ki, Vaşinqtondakı komandamızın və İstanbulda olan həmkarlarımızın dəyərli dəstəyi ilə gördüyümüz iş bir daha təqdirlə qarşılandı. Bundan böyük məmnunluq duyuram” deyib.
Adli komanda üzvlərinin “yorulmaz səyləri və yaradıcı baxışları” üçün təşəkkür edərək bildirib ki, bu, onların təsirli hekayə izahına olan bağlılıqlarının təqdirə layiq görülməsidir.
2024-cü il ABŞ prezident seçkiləri zamanı “TRT World”un rəqəmsal platformalarında — “YouTube”, “TikTok”, “Facebook”, “Instagram” və “X” daxil olmaqla — yayımlanan üç hissədən ibarət veb seriyalı güclü maraq doğurub və auditoriyalar arasında müzakirələrə səbəb olub.
“Orijinal xəbərlər və yerində müsahibələr vasitəsilə bu seriya ABŞ-da prezident və ya Konqres üzvləri üçün səsvermə hüququndan faktiki olaraq məhrum edilən müxtəlif qrupların həyat təcrübələrini işıqlandırır. Məqsəd siyasi həyatdan kənar edilməni qlobal rəqəmsal auditoriya üçün əks etdirmək idi”, -deyə “TRT World”un Vaşinqtonda yerləşən icraçı prodüseri Baba Umar qeyd edib.
“Disenfranchised Americans” “TRT World”un eşidilməyənləri platforma ilə təmin etmək və diqqət tələb edən hekayələri danışmaq öhdəliyinin bir hissəsidir.
“Telly” mükafatları qlobal video və televiziya mükafatı, olaraq 46-cı illik qaliblərini elan edərək, “13,000-dən çox müraciət” qəbul edildiyini bildirib.
Bu ilin mövzusu “Hekayələr formalaşır”, bu günün yaradıcılarının ənənəvi hekayə ifadəsi texnikalarını “yeni formatlarla birləşdirərək videonun tam spektrini araşdırdıqlarını” vurğulayır.
“Bu ilin təqdimatları məni heyran etdi”, -deyə “Telly” mükafatlarının icraçı direktoru Amanda Needham deyib.