SİYASƏT
2 dəqiqə oxuma
"Çətin sualdır, bunu sən cavablandır, əzizim", D.Tramp
ABŞ prezidenti Donald Trampın Vaşinqtonun ən nüfuzlu mədəniyyət mərkəzində “Les Misérables” (Təcrid olunmuşlar) tamaşasına gedərkən həm alqışlarla, həm də etirazlarla qarşılanıb
"Çətin sualdır, bunu sən cavablandır, əzizim", D.Tramp
U.S. President Trump attends "Les Miserables" opening night at the Kennedy Center in Washington / Reuters
12 iyun 2025 г.

  ABŞ prezidenti Donald Trampın Vaşinqtonun ən nüfuzlu mədəniyyət mərkəzində “Les Misérables” (Təcrid olunmuşlar) tamaşasına gedərkən həm alqışlarla, həm də etirazlarla qarşılanıb. İyunun 11-də məşhur Kennedi Mərkəzində “Les Misérables” musiqili tamaşasının açılış gecəsində onun iştirakı siyasi baxımdan olduqca gərgin bir atmosfer yaradıb.

  2025-ci ilin yanvar ayından hakimiyyətə qayıdan Tramp bu mərkəzin idarəçiliyini faktiki olaraq ələ keçirib. 78 yaşlı respublikaçı prezident bu məşhur sənət mərkəzində mühafizəkar bir idarəetmə dəyişikliyi edib ki, bu, bəzi aktyorların boykot etməsinə səbəb olub.

  Boykotla bağlı suallara cavab Donald belə cavab verib: "Mənim üçün fərqi yoxdur. Daha düzünü desəm, heç vecimə də deyil. Mən sadəcə ölkəni yaxşı idarə edirəm", - deyə bu sözləri xanımı Melaniya Tramp ilə birlikdə tədbirə gələn zaman jurnalistlərə söyləyib.

  19-cu əsr Fransasında repressiv liderə qarşı barrikadalarda mübarizə aparan, küçə etirazçılarını təsvir edən tamaşanın inqilabi ruhu ABŞ-da Donald Trampın idarəçiliyi ilə bağlı yaranan yeni gərginliklər fonunda daha aktual görünür.

  Prezident cütlüyü mərkəzi balkonda göründüyü zaman tamaşaçıların bir hissəsi alqışlarla "USA", digərləri isə etiraz səslərilə bağırıb.

  D.Tramp “Les Misérables” əsərinin mahnılarını çox zaman öz mitinqlərində və siyasi tədbirlərində səsləndirib. “Fox News Digital”a müsahibəsində "Mahnılarını da sevirəm, tamaşanı da" deyə. Ancaq tamaşanın hansı obrazını özünə daha yaxın gördüyünü soruşduqda Tramp bu sualı həyat yoldaşına yönləndirib, "Çətin sualdır. Bunu sən cavablandır, əzizim" deyib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us