Bosniya və Herseqovinada Apellyasiya Məhkəməsi serb əsilli siyasətçi Milorad Dodik barəsində əvvəlki instansiya tərəfindən verilmiş bir il həbs və altı il müddətinə ictimai vəzifələrdən uzaqlaşdırılma qərarını qüvvədə saxlayıb. Məhkəmə iyulun 1-də verdiyi açıqlamada bildirmişdir ki, bu qərara etiraz olaraq daha yüksək bir instansiyaya şikayət mümkün deyil.
2024-cü ilin fevralında Sarayevo şəhərindəki məhkəmə Bosniya və Herseqovinanın serblərin sıx yaşadığı yarı-muxtar bölgəsi olan Serbska Respublikasının rəhbəri Milorad Dodiki 1995-ci il “Dayton” sülh sazişinə nəzarət edən beynəlxalq nümayəndənin qərarlarına əməl etmədiyinə görə cəzalandırmışdı. Qərara əsasən, o, bir il müddətinə azadlıqdan, altı illiyinə isə dövlət vəzifəsi icrasından məhrum edilmişdi.
Bosniya Ali Məhkəməsi isə bu ilin əvvəlində Serbska Respublikası rəhbərliyi tərəfindən qəbul edilmiş bir neçə separatçı qanunu ləğv etmişdi. Həmin qanunlar ölkədə siyasi böhrana səbəb olmuş və beynəlxalq ictimaiyyətin narahatlığına yol açmışdı.
M.Dodik isə buna baxmayaraq, Bosniya və Herseqovinanın mərkəzi polis və məhkəmə orqanlarının Serbska Respublikası ərazisində fəaliyyətini qadağan edən qanunları qüvvəyə mindirmişdi.