SİYASƏT
1 dəqiqə oxuma
Şimali İrlandiyada etirazlar davam edir
Böyük Britaniyanın Baş naziri Kir Starmer də məsələ ilə bağlı parlamentdə çıxış edərək baş verən zorakılığı qətiyyətlə qınayıb
Şimali İrlandiyada etirazlar davam edir
Despite police confirming the suspects are local, misinformation online has fueled racially charged violence. / Photo: AFP
12 iyun 2025 г.

Şimali İrlandiyanın bir neçə şəhərində ikinci gecə davam edən iğtişaşlar nəticəsində 17 polis əməkdaşı xəsarət alıb, 6 nəfər saxlanılıb. Bu barədə Şimali İrlandiya Polis Xidməti (PSNI) məlumat yayıb. Məlumata görə, Ballimena şəhərində polis əməkdaşları fişənglər, “Molotov” kokteylləri və daşlarla hücuma məruz qalıblar.

Qeyri-sabitlik yalnız Ballimena ilə məhdudlaşmayıb, Belfast, Nyutaunabbi və Karrikferqus şəhərlərində də iğtişaşlar baş verib. Həmçinin Lisbern və Kolreyn bölgələrində etiraz aksiyaları keçirilib. İğtişaşların həftəsonu Ballimenada baş verdiyi iddia olunan cinsi zorakılıq hadisəsi ilə bağlı yaranan narazılıqlar fonunda alovlandığı bildirilir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer də məsələ ilə bağlı parlamentdə çıxış edərək baş verən zorakılığı qətiyyətlə qınayıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us