ELM VƏ TEXNOLOGİYA
2 dəqiqə oxuma
Türkiyə müdafiə şirkəti IDEF 2025-də Malayziya ilə taktiki nəqliyyat vasitəsi sazişi imzalayacaq
Müdafiə sənayesi sərgisində HIZIR və O-İKA 2 texnikaları təqdim olunacaq
Türkiyə müdafiə şirkəti IDEF 2025-də Malayziya ilə taktiki nəqliyyat vasitəsi sazişi imzalayacaq
/ AA
15 saat əvvəl

Türkiyənin quru hərbi texnika istehsalçısı “Katmerciler” şirkəti bu həftə İstanbulda keçiriləcək Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) çərçivəsində Malayziya ilə EREN 4×4 yüngül taktiki nəqliyyat vasitəsinin istehsalına dair saziş imzalayacağını açıqlayıb.

Şirkət sərgidə mina və pusquya qarşı qorunan HIZIR personal daşıyıcısı ilə yanaşı, uzaqdan idarə olunan silah platforması və izləmə sistemi ilə təchiz olunmuş, Türkiyədə analoqu olmayan O-İKA 2 pilotsuz quru texnikasının xüsusi versiyasını nümayiş etdirəcək.

Zirehli gövdəsi V tipli möhkəm gövdə quruluşu və enerjini udan oturacaqları ilə HIZIR minaya və əl istehsalı partlayıcılara qarşı yüksək səviyyədə qoruma təmin edir. 400 at gücünə malik mühərrikə sahib olan bu vasitə həm şəhər, həm də kənd şəraitində intensiv döyüşlər zamanı yüksək performans göstərir. Uzaqdan idarə olunan silah sistemi hərəkətdə olan hədəflərə fokuslanma bacarığına malikdir.

HIZIR ümumilikdə doqquz nəfər daşıya bilir, maksimum 120 km/saat sürət yığa bilir və 70 faiz yamaca qalxma qabiliyyəti ilə öz kateqoriyasında lider sayılır.

Digər tərəfdən, “Katmerciler” şirkətinin ilk pilotsuz quru texnikası konsepti olan UKAP, “Katmerciler” və ASELSAN müdafiə sənayesi şirkətlərinin birgə texnologiyasını özündə birləşdirir. Bu platforma ASELSAN-ın SARP uzaqdan idarə olunan silah sistemi və peyk əlaqə modulu ilə təchiz olunub.

UKAP-ın 60 faiz yamaca qalxma və 40 faiz yan meyl bucağı ilə hərəkət etmə xüsusiyyəti var. Bundan başqa 900 mm dərinliyində xəndəkləri keçə, 400 mm hündürlüyündə maneələri aşa və 1 metrik tona qədər yük daşıya bilir.

Termal və hərəkətə həssas kameralarla, eləcə də müxtəlif sensorlarla təchiz edilən UKAP geniş funksionallığa malikdir. Belə ki, sərhəd nəzarəti və kəşfiyyat vasitəsi kimi istifadəyə, mina təmizləmə əməliyyatlarında iştirak etməyə əlverişlidir. Əlavə olaraq döyüş bölgələrindən yaralıların təxliyəsində zirehli vasitəsi kimi funksionallığı mövcuddur. Həmçinin sursat və avadanlıq daşınmasında, zəruri hallarda isə ağır texnikanın evakuasiyasında da istifadə oluna bilir.

Qeyd edək ki, “Katmerciler” İcraiyyə Komitəsi sədrinin müavini Furkan Katmerci “Anadolu” agentliyinə açıqlamasında bildirib ki, şirkət IDEF-2025 sərgisi çərçivəsində Malayziyanın DEFTECH şirkəti ilə EREN 4×4 nəqliyyat vasitəsi üzrə yeni əməkdaşlıq sazişi imzalayacaq və bu mərasimdə hər iki şirkətin baş direktorları iştirak edəcəklər.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us