İsrailin müdafiə naziri Katz bölgədə qətiyyətli hərbi mövqe nümayiş etdirməyə çağırıb və bildirib ki, İranın nüvə və raket proqramlarını yenidən başlatmasına icazə verilməməlidir.
İsrailin müdafiə naziri İsrael Katz xəbərdarlıq edib ki, İranın nüvə və raket proqramlarını bərpa etməsinin qarşısı alınmalıdır və iki ölkə arasında münaqişənin yenidən başlaması ehtimalı barədə xəbərdarlıq edib.
“Maariv” qəzetinin məlumatına görə, Katz Baş Qərargah rəisi Eyal Zamir və yüksək səviyyəli komandirlərlə təhlükəsizliklə bağlı toplantıda “İranla müharibənin yenidən başlaması mümkündür” deyib.
O, həmçinin bildirib ki, İranın nüvə və raket layihələrinə qayıtmasının qəti şəkildə qarşısını alacaq bir plan hazırlamaq vacibdir.
Katz İsrailin bölgədəki digər təcavüzlərinə də toxunaraq, Qəzza və Yəmən olmaqla iki açıq cəbhə var və bunlar İran, Livan və Suriyada olduğu kimi qətiyyətli hücum siyasəti ilə həll edilməlidir" deyib.
Bu bəyanatlar iyunda İsrail və İran arasında baş verən qısa, lakin şiddətli toqquşmalardan sonra verilib.
Qeyd edək ki, iyunun 13-də ABŞ-ın dəstəyi ilə İsrail İrana qarşı 12 günlük, səbəbsiz hücuma keçdi. Əməliyyatlarda hərbi obyektlər, nüvə obyektləri, mülki şəxslər, yüksək rütbəli hərbçilər və alimlər hədəfə alınıb.
İran İsrailin hərbi və kəşfiyyat obyektlərini hədəf alan raket və dron hücumları ilə cavab verib.
İyunun 23-də ABŞ-ın vasitəçiliyi ilə iki ölkə arasında atəşkəs elan edilib.