Türkiyə qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində böyümənin parlaq nümunəsi kimi seçilir
ŞƏRHLƏR
4 dəqiqə oxuma
Türkiyə qlobal iqtisadi qeyri-müəyyənlik şəraitində böyümənin parlaq nümunəsi kimi seçilirDünya Bankı artan ticarət maneələri və geosiyasi gərginlik səbəbindən bir çox böyük iqtisadiyyatlar üçün artım proqnozlarını aşağı salsa da, Türkiyənin...
Mehmet Şimşek / AA
8 saat əvvəl

Hökumətin zəlzələlərdən sonra infrastrukturun yenidən qurulması səyləri tikinti sektoruna pul qazandırır, işçilər üçün iş imkanları yaradır və materiallara olan tələbatı artırır.

İqtisadi qeyri-müəyyənliyin kölgəsində qalan dünyada Türkiyə istisna kimi önə çıxır.

Dünya Bankı artan ticarət maneələri və geosiyasi gərginlik səbəbindən bir çox böyük iqtisadiyyatlar üçün artım proqnozlarını aşağı salsa da, Türkiyənin 2025-ci il üçün ÜDM artımı proqnozunu 2,6 faizdən 3,1 faizə qaldırıb. Bu, ölkənin iqtisadi dayanıqlığına inamdan xəbər verir.

Analitiklərin fikrincə, Türkiyənin dinamik daxili bazarı, strateji investisiyaları və şaxələndirilmiş ticarət əlaqələri ümid bəxş edən gələcəyə imkan yaradır. Ankara Sosial Elmlər Universitetinin professoru Barış Alpaslan Türkiyənin parlaq iqtisadi görünüşünü sabitliyi və investorlara inamı artıran ölkə daxilində atılan bir sıra məntiqli addımlarla əlaqələndirir.

Alpaslan "TRT World" telekanalına verdiyi açıqlamada deyib: “Türkiyə cari hesab kəsirini azaltmaq, beynəlxalq ehtiyatları gücləndirmək və defold risklərini azaltmaqda əhəmiyyətli irəliləyiş əldə edib.

Bir ölkənin cari hesabı ixracdan qazandığından daha çox idxala xərclədikdə kəsir yaranır. Türkiyə bu kəsiri minimuma endirmək üçün ixrac və turizm gəliri ilə müqayisədə daha az idxal reallaşdıraraq iqtisadiyyatını daha sabit hala gətirmək üçün ciddi səy göstərdi.

Bu sabitlik xarici sərmayəçilərin Türkiyəni təhlükəsiz sığınacaq kimi görməsinə kömək etdi. Türkiyənin daxili istehlakı – insanların və müəssisələrin öz istifadələri üçün mal və xidmətlərə xərclədiyi pulun ümumi miqdarı – ölkənin iqtisadi görünüşünü yaxşılaşdıran başqa bir amildir.

Qlobal çətinliklərə baxmayaraq, Türkiyənin daxili istehlakı böyük və gənc əhali tərəfindən dəstəklənərək güclü qalmaqda davam edir.

Təsəvvür edin ki, İstanbulda və ya Ankarada gənc ailələr ərzaq, geyim və elektronika alış-verişi ilə məşğuldur və iqtisadiyyatı hərəkətə gətirir. Pərakəndə satışdan tutmuş mənzilə qədər mal və xidmətlərə olan bu daimi tələb qlobal tələbin yavaşladığı zaman belə iqtisadi artımın mühərriki kimi işləyir.

Türkiyə hökumətinin infrastruktura diqqət yetirməsi də bunda mühüm rol oynayır. Hökumət infrastruktur layihələrinə, o cümlədən nəqliyyat və enerjiyə investisiyaları prioritetləşdirməkdə davam edir. Bu layihələr həm iş yerləri yaradır, həm də uzunmüddətli məhsuldarlığı artırır".

Çoxşaxəli sənaye bazası

Professor Barış Alpaslan sözlərinə davamla deyib: "Türkiyənin çoxşaxəli sənaye bazası da ölkənin mövqeyini gücləndirir. İqtisadiyyat avtomobil, elektronika, toxuculuq və tikinti daxil olmaqla müxtəlif sənaye sahələrindən faydalanır.

Turizm də Türkiyənin iqtisadiyyatında mühüm sahədir. Bu sektor xarici ölkələrdən gələn turistlərin sayının artması ilə gəlirlərini və iş yerlərinin yaradılmasını dəstəkləyərək davamlılığını sübut etdi".

Ankara Yıldırım Beyazıt Universitetinin professoru Murat Aslan da bu nikbinliyə müsbət yanaşaraq deyib: “Türkiyənin nizam-intizamlı iqtisadi siyasəti əsas hərəkətverici qüvvədir.

Mehmet Şimşək (xəzinə və maliyyə naziri) tərəfindən həyata keçirilən klassik ortodoks proqram tələbi cilovlamaq və inflyasiya ilə mübarizə aparmaq üçün yüksək faiz rejimini qəbul edir. Bu yanaşma daşmaq üzərə olan qazanın odunu azaltmağa oxşayır. Belə ki, yüksək faiz dərəcələri həddindən artıq xərcləri yavaşlatmaqla qiymətləri sabitləşdirməyə kömək edir.

2025-ci ilin may ayında aylıq inflyasiya gözləniləndən aşağı olub, biznes və bu da istehlakçılar üçün sabit mühit yaradıb.

Daxili xərclərin artması artım mühərrikidir. Gözləntilər 2025-ci ildə həm fərdlərin, həm də hökumətin xərclərinin böyük artımına işarə edir.

Məsələn, hökumətin zəlzələlərdən sonra infrastrukturun yenidən qurulması səyləri tikinti sektoruna pul qazandırır, işçiləri işlə təmin edir və materiallara olan tələbatı artırır”.

İnsanların cibində daha çox pul

Digər tərəfdən, 2025-ci ilin yanvarında minimum əmək haqqının 30 faiz artırılması insanların cibinə daha çox pul girməsinə imkan yaratdı. Bu, ev təsərrüfatlarının gəlirlərini və istehlak səviyyələrini daha da yaxşılaşdırdı.

Türkiyənin xüsusilə hərbi və aerokosmik sektorlardakı ixrac uğurları onun iqtisadi gücünə töhfə verdi. Hərbi və aerokosmik sənaye ixracatda yeni rekordlar qırıldı. Bu isə sektorun 2025-ci ilin mart ayında illik müqayisədə 147 faiz artaraq 884 milyon dollara çatdığını qeyd edir.

Düşən qlobal neft qiymətləri də enerji idxal ma dəyərini aşağı salaraq iqtisadiyyata təzyiqi azaltdı, eyni ilə benzin qiymətləri düşən zaman ailənin pula qənaət etməsi kimi.

Hər iki ekspert deyir ki, ABŞ tarifləri kimi qlobal ticarət problemləri ilə üzləşən Türkiyə uyğunlaşmaq üçün yaxşı mövqedədir.

Barış Alpaslan Türkiyənin çoxşaxəli ticarət tərəfdaşlığını vurğulayır:

“Türkiyə ticarət əlaqələrini, xüsusən də Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Afrikada miqyasında fəal hala gətirib və şaxələndirib.

Aİ ilə modernləşdirilmiş gömrük ittifaqı həm də Avropa bazarlarına çıxışı təmin etməklə sabit ticarət marşrutunu təqdim edir. Bu, ABŞ-ın ticarət tədbirlərinin bəzi təsirlərini azaltmağa kömək edə bilər”.

“Türkiyənin geostrateji mövqeyi unikal üstünlük təşkil edir. Avropanın siyasi və hərbi dəstək baxımından Türkiyədən asılılığı və enerji ilə zəngin regionlarla əlaqələri Türkiyəyə güclü bazarlıq gücü verir.

Türkiyə Çin mallarının Avropaya daşınması üçün kritik körpüdür.

Ölkəmiz danışıqlar masası arxasında insan kapitalından və strateji aktivlərindən istifadə edə bilər. Türkiyə öz mövqeyindən faydalı ticarət sövdələşmələrini təmin etmək üçün bir vasitə kimi istifadə edə bilə", -deyə Murat Aslan qeyd edib.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us