DÜNYA
1 dəqiqə oxuma
BMT:''Qəzzada 2700-dən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir''
Bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi məlumat yayıb
BMT:''Qəzzada 2700-dən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir''
/ AP
11 iyun 2025 г.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bildirib ki, İsrailin mühasirəsi nəticəsində Qəzzada 2700-dən çox fələstinli uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir.

Agentliyin çərşənbə günü yaydığı bəyanatda bu ifadələrə yer verilib:"Böhran görünməmiş həddə çatıb. Qəzzadakı insanlar aclıqla mübarizə aparmaqda davam edir".

Məlumatda həmçinin vurğulanıb ki, yanacağın tükənməsi səbəbindən Qəzzanın şimalında yalnız bir sağlamlıq mərkəzi qismən fəaliyyət göstərir.
"Humanitar yardım təcili şəkildə bərpa olunmalıdır", – deyə bəyanatda qeyd edilib.

2023-cü ilin oktyabr ayından bəri Qəzzaya amansız hücumlar edən İsrail ordusu beynəlxalq atəşkəs çağırışlarını rədd edərək, əksəriyyəti qadın və uşaqlar olmaqla, təxminən 55 min fələstinlini qətlə yetirib.

Mart ayının əvvəlindən etibarən İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasına icazə vermir. Humanitar təşkilatlar isə Qəzzada 2,4 milyon insanın aclıq təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.

2023-cü ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallant barəsində Qəzzada hərbi və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə həbs orderi çıxarıb.

Bundan əlavə, İsrail Beynəlxalq Ədalət Məhkəməsində bölgədə mülki əhaliyə qarşı törədilən hərbi cinayətlərə görə soyqırım ittihamı ilə üz-üzədir.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us