SİYASƏT
1 dəqiqə oxuma
E.Mask “Apple”ı rəqabəti pozmaqda ittiham edir
Elon Mask “Apple”ı “OpenAI” rəqiblərinin “App Store” reytinqlərində ön sıralara yüksəlməsinin qarşısını almaqda günahlandırır
E.Mask “Apple”ı rəqabəti pozmaqda ittiham edir
Elon Mask / Reuters
12 avqust 2025 г.

“Tesla” və “SpaceX”in şirkətlərinin qurucusu Elon Mask tətbiqlərinin qlobal sıralamada yüksək yerlərdə olmasına baxmayaraq niyə kənarda saxlanıldığını sorğulayıb.

E.Mask avqustun 11-də “X” platformasında paylaşım edərək deyib: “Biz dərhal hüquqi prosesə başlayacağıq. “Apple”ın bu addımı açıq şəkildə rəqabət qaydalarının pozulmasıdır”.

Adı çəkilən şirkətlət “Reuters”in mövzu ilə bağlı sorğularına cavab verməkdən imtina edib.

“Tesla”nın baş direktoru E.Mask “iPhone” istehsalçısı “Apple”ın “App Store”da tətbiqləri önə çıxarma mexanizmini tənqid edib. O, sosial mediada etdiyi başqa bir paylaşımında isə belə yazıb: “Ey, “@Apple App Store” niyə “X” və ya “Grok”u olmazsa olmazlar bölmənizə daxil etməyi rədd edirsiniz? “X” dünyanın bir nömrəli xəbər tətbiqi, “Grok” isə bütün tətbiqlər arasında beşinci yerdədir. Siyasət aparırsınız?”

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us