DÜNYA
2 dəqiqə oxuma
Şərqi Qüdsdə silahlı hücum törədilib, ölən yə yaralananlar var
İsrail polisi hücumu həyata keçirən iki silahlının hadisə yerində öldürüldüyünü açıqlayıb
Şərqi Qüdsdə silahlı hücum törədilib, ölən yə yaralananlar var
/ AA
19 saat əvvəl

İsrailin işğalı altında olan Şərqi Qüdsdə fələstinli silahlı şəxslərin avtobus dayanacağına atəş açması nəticəsində 5 nəfər həyatını itirib, bir neçə nəfər yaralanıb.

İsrail polisi hücumu həyata keçirən iki silahlının hadisə yerində öldürüldüyünü açıqlayıb.

Rəsmi məlumatlara görə, hücum nəticəsində daha 7 nəfər ağır yaralanıb.

İsrailin Milli Fövqəladə Hallar Xidməti (MDA) bildirib ki, hücum nəticəsində həyatını itirənlər arasında 50 yaşlarında bir kişi və 30 yaşlarında üç kişi var. Yaralananlardan bir neçəsinə hadisə yerində tibbi yardım göstərilib.

MDA-nın əvvəlki açıqlamasına əsasən, bu gün səhər saatlarında Yiqal küçəsindəki Ramot kəsişməsində baş vermiş hücumda təxminən 15 nəfər yaralanıb.

Baş nazir Benyamin Netanyahunun hadisədən sonra vəziyyəti qiymətləndirmək məqsədilə toplantı keçirdiyi bildirilib.

Fələstinin müqavimət hərəkatı ‘‘Həmas’’ bəyan edib ki, Şərqi Qüdsdə baş verən silahlı hücum İsrailin Fələstin xalqına qarşı həyata keçirdiyi işğal və soyqırım cinayətlərinə təbii cavabdır.

İsrail polisinin məlumatına görə, hücum edənlər hadisə yerinə avtomobillə gəlib və avtobus dayanacağına atəş açıblar.

Rəsmi açıqlamada qeyd olunub ki, hadisə yerində olan bir təhlükəsizlik əməkdaşı və bir mülki vətəndaş dərhal müdaxilə edərək atəşə cavab verib və hücum edənləri zərərsizləşdirib.

İsrailin Qəzzada apardığı müharibə nəticəsində əksəriyyəti mülki vətəndaş olmaqla 64 mindən çox fələstinli həyatını itirib. Baş nazir Benyamin Netanyahunun ifrat sağçı hökuməti isə gələcəkdə müstəqil Fələstin dövlətinin qurulması ehtimalını aradan qaldıraraq, işğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni yaşayış-məntəqələrinin sayını artırmağı planlaşdırır.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us