DÜNYA
2 dəqiqə oxuma
Cənubi Koreyanın xarici işlər naziri ABŞ-a səfər edəcək
Rəsmi Seul sentyabrın 8-də bildirib ki, ABŞ-ın Corciya ştatında “Hyundai Motor” və ''LG Energy Solution'' tərəfindən inşa edilən fabrikdə saxlanılan təxminən 300 koreyalı işçinin azad edilməsi ilə bağlı danışıqlar başa çatıb
Cənubi Koreyanın xarici işlər naziri ABŞ-a səfər edəcək
/ AA
bir gün əvvəl

Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun ABŞ-a səfər edəcək. Rəsmi Seul sentyabrın 8-də bildirib ki, ABŞ-ın Corciya ştatında “Hyundai Motor” və ‘‘LG Energy Solution’’ tərəfindən inşa edilən fabrikdə saxlanılan təxminən 300 koreyalı işçinin azad edilməsi ilə bağlı danışıqlar başa çatıb və onların bu həftə ölkəyə geri qayıtması üçün plan hazırlanır.

İşçilərin ABŞ Daxili Təhlükəsizlik Departamentinin agentləri tərəfindən saxlanılması Cənubi Koreya üçün böyük şok olub. Ölkə ABŞ-la iyulun sonunda razılaşdırılmış ticarət sazişini yekunlaşdırmağa çalışırdı. Hadisə Cənubi Koreyanın yeni prezidenti Li Çje Myonun Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşündən cəmi 10 gün sonra baş verib. Görüş zamanı iki lider daha sıx ticarət əlaqələri qurmağa söz veriblər.

Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi bildirib ki, Ço Hyunun danışıqları əsasən subpodratçılar vasitəsilə işlə təmin olunan koreyalı işçilərin çarter reysləri ilə vətənə qaytarılmasına yönələcək.

Donald Tramp bazar günü verdiyi açıqlamada ABŞ iqtisadiyyatına sərmayə qoyan xarici şirkətləri ölkənin immiqrasiya qanunlarına hörmət etməyə çağırıb. “Truth Social” sosial platformasında paylaşım edən Donald Tramp deyib:
“ABŞ iqtisadiyyatına yatırdığınız investisiyalara görə məmnunuq və sizləri dünya səviyyəli məhsullar yaratmaq üçün yüksək texniki bacarıqlara malik işçilərinizi qanuni şəkildə işə cəlb etməyə təşviq edirik.”

Senytabrın 4-də saxlanılan 475 nəfər arasında “Hyundai” və LGES-in 4,3 milyard dollarlıq layihəsində çalışan 300 Cənubi Koreya vətəndaşı da var. Bu basqın ABŞ Daxili Təhlükəsizlik Departamentinin istintaq əməliyyatları tarixində ən böyük basqın kimi qiymətləndirilir.

Qeyd edək ki, “Hyundai Motor” ABŞ-dakı ən böyük xarici investorlardan biridir .

“Hyundai Motor”un sözçüsü bildirib ki, bəzi işçilərin ABŞ-a qeyri-vacib səfərləri müvəqqəti olaraq dayandırılıb.

‘‘LG Energy Solution’’ (LGES) isə bəzi istisnalar xaricində ABŞ-a işgüzar səfərlərini dayandırıb və hazırda ölkədə olan işçilərini geri çağıracağını açıqlayıb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us