İspaniyanın cənub-şərqində yerləşən Mursiya bölgəsinə aid qəsəbə bələdiyyəsi Ramazan Bayramı kimi İslam dini tədbirlərinin yerli idman obyektlərində keçirilməsini qadağan edib. İspaniya hökuməti isə həmin qadağanın ləğv olunması barədə göstəriş verib.
Qəsəbənin müsəlman sakinləri illərdir Ramazan Bayramını dinc şəkildə idman komplekslərində qeyd ediblər. Ancaq keçən həftə bələdiyyə şurası, mühafizəkar Xalq Partiyasının (PP) dəstəyi ilə “ənənəvi dəyərləri təşviq etmək və qorumaq” məqsədilə bu qadağa qərarını qəbul edib.
Rəsmi dövlərt qurumları öz növbəsində bu qərarı “irqçi təşəbbüs” adlandıraraq bildiriblər ki, mərkəzi hökumət bu qadağa qərarını konstitusiyaya zidd olduğu üçün ləğvi barədə bələdiyyəyə rəsmi əmr göndərib.
Əhalisi təxminən 27 min nəfər olan və əsasən üzümçülüklə məşğul olan qəsəbə, kənd təsərrüfatı sektorunda işləyən böyük müsəlman icmasına ev sahibliyi edir. Bu icma illərdir Ramazan Bayramı kimi tədbirləri yerli idman obyektlərində keçirir.
İspaniya Katolik Kilsəsi də qadağanı tənqid edərək, ictimai yerlərdə dini ayinlərin “din azadlığı” çərçivəsində qorunduğunu vurğulayıb.