SİYASƏT
2 dəqiqə oxuma
Böyük Britaniya 23 ölkədən olan xarici məhkumları məhkəmə qərarı bitmədən deportasiya edəcək
Hökumət həbsxana sıxlığını azaltmağa çalışır, tənqidçilər isə ədalət və təhlükəsizlik riskinə diqqət çəkir
Böyük Britaniya 23 ölkədən olan xarici məhkumları məhkəmə qərarı bitmədən deportasiya edəcək
Böyük Britaniya / AP
4 saat əvvəl

Böyük Britaniya hökuməti mübahisəli deportasiya siyasətini 23 yeni ölkəni əhatə edəcək şəkildə genişləndirib. Əlavə olunan ölkələrin əksəriyyəti müttəfiq və ya Britaniya Millətlər Birliyinə üzv dövlətlərdir. Qərarın məqsədi xarici vətəndaş olan məhkumların deportasiya prosesini sürətləndirməkdir.

Bu siyasətə əsasən, Daxili İşlər Nazirliyi deportasiya olunduqda ciddi zərər görəcəklərini sübut edə bilməyən məhkumları məhkəmə şikayət prosesi başa çatmadan ölkədən çıxara biləcək.

Siyahıya əlavən edilən yeni ölkələr Hindistan, Avstraliya, Kanada, bir neçə Avropa İttifaqı ölkəsi, eləcə də Latviya, Bolqarıstan, Anqola, Bostvana, Keniya, Uqanda, Zambiya, İndoneziya, Livan və Malayziya var. Əvvəllər ədalətli məhkəmə və insan haqları ilə bağlı narahatlıqlar səbəbindən bu ölkələr siyahıda yer almırdı.

Daxili İşlər Nazirliyi bildirib ki, proqramın genişləndirilməsi “Böyük Britaniyanın xarici cinayətkarları ən qısa zamanda deportasiya etmək imkanını artıracaq” və həbsxanaların doluluğunu azaldacaq.

Məlumata görə, 2024-cü ilin iyulundan bəri təxminən 5 min 200 xarici pasportlu məhkum deportasiya olunub ki, bu da illik müqayisədə 14 faiz artım deməkdir.

Lakin tənqidçilər xəbərdarlıq edirlər ki, bir çox deportasiya olunan məhkum öz ölkələrində əlavə cəza almayacaq və bu, cinayətin cəzasız qalması riskini yaradır. Həmçinin, xaricdən onlayn şəkildə keçirilən apellyasiya iclaslarının qanuniliyi və prosedur qaydaları ilə bağlı da narahatlıqlar var.

Keçmiş ədliyyə naziri Aleks Çolk “The Guardian” qəzetinə açıqlamasında deyib: “Bu məsələ ilə bağlı ciddi narahatlığım var. Bu, Böyük Britaniyanı xarici vətəndaş cinayətkarlar üçün cazibə mərkəzinə çevirə bilər. Ən təhlükəli məqam isə onlara yaşıl işıq yandırmaqdır. Düşünürlər ki, burada başlarına gələ biləcək ən pis şey dərhal azad olunub bir təyyarəyə mindirilməkdir.”

Digər keçmiş ədliyyə naziri Robert Bakland da bu fikirləri dəstəkləyərək deyib: “Bu cinayətlərin bir çox qurbanı, deportasiya qərarından əvvəl ədalətin burada təmin olunmasını istəyir. Hökumət onların fikirlərini nəzərə alıb?”

Ədliyyə Nazirliyi isə etiraf edib ki, genişləndirilmiş proqram çərçivəsində deportasiya olunanların öz ölkələrində həbs cəzası alacaqlarına dair qəti zəmanət yoxdur.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us