DÜNYA
1 dəqiqə oxuma
Nigeriyada qayığın aşması nəticəsində onlarla insan itkin düşüb
Yerli hakimiyyət orqanları və fövqəladə hallar xilasediciləri itkin düşənlərin tapılması üçün xilasetmə əməliyyatı aparır
Nigeriyada qayığın aşması nəticəsində onlarla insan itkin düşüb
Nigeriyada qayıb aşıb / AP
9 saat əvvəl

Nigeriya Fövqəladə Hallar Agentliyinin məlumatına görə, ölkənin şimal-qərbində, Sokoto əyalətində içərisində 50 nəfərin olduğu qayığın batması nəticəsində 40-dan çox adam itkin düşüb.

Sərnişinlər ştatın məşhur ərzaq bazarı olan Qoronyoya gedərkən mindikləri qayıq aşıb.

Milli Fövqəladə Halların İdarə Olunması Agentliyinin direktoru Zubaidar Umar "X" platformasında on nəfərin xilas edildiyini bildirib.

Agentliyin məlumatına görə, itkin düşənlərin tapılması üçün yerli hakimiyyət orqanları və fövqəladə hallar qrupları ilə birgə axtarış-xilasetmə əməliyyatı aparılır.

Xatırladaq ki, üç həftə əvvəl də Nigeriyanın şimal-mərkəzindəki Niger əyalətində 100-ə yaxın sərnişini daşıyan qayığın batması nəticəsində ən azı 13 nəfər ölüb, onlarla insan itkin düşüb.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us