Myanma Seçki Komissiyası dekabrın 28-də ümumi seçkilərin keçiriləcəyini açıqlayıb.
Myanma dövlət televiziyası MRTV bildirib ki, Birlik Seçki Komissiyasının bəyanatına əsasən, bu il dekabrın 28-i bazar günü "çoxpartiyalı demokratik ümumi seçkilər" keçiriləcək.
Buddistlərin çoxluq təşkil etdiyi Cənub-Şərqi Asiya ölkəsində son ümumi seçkilər 2020-ci ilin noyabrında keçirilib və seçkidə qalib gələn Demokratiya Uğrunda Milli Liqa Partiyası (NLD) 2021-ci ilin fevralında hərbi çevrilişlə hakimiyyətdən kənarlaşdırılıb.
Seçki elanı hərbi xuntanın keçən ay ümumi seçkilərə nəzarət etmək üçün komissiya yaratmasından sonra edilib ki, bu da fövqəladə vəziyyətin sona çatdığını göstərir.
Xatırladıq ki, xunta lideri baş general Min Aung Hlaing özünü müvəqqəti prezident təyin etdi.
2021-ci il hərbi çevrilişi, seçilmiş NLD-nin rəhbərlik etdiyi hökuməti devirdi və ölkəni dörd ildən çox müddətə fövqəladə vəziyyətə saldı.
2021-ci il çevrilişindən sonra xunta tərəfindən müvəqqəti prezident təyin edilmiş U Myint Sve bu ayın əvvəlində 74 yaşında vəfat etdi.
Sve Myintin xəstəliyi səbəbindən general Min keçən ay seçkilərə nəzarət etmək üçün komissiya formalaşdırarkən özünü prezident elan etdi.