DÜNYA
1 dəqiqə oxuma
“United Airlines” aviaşirkəti ölkə üzrə bütün uçuşlarını dayandırıb
“United Airlines” aviaşirkəti texniki nasazlığa görə ABŞ hava məkanında bütün uçuşları dayandırıb
“United Airlines” aviaşirkəti ölkə üzrə bütün uçuşlarını dayandırıb
/ AP
5 saat əvvəl

“United Airlines” aviaşirkəti texniki problemlər səbəbindən Çikaqo, Denver, Nyuark, Hyuston və San-Fransisko da daxil olmaqla bir neçə böyük hava limanına uçuşları dayandırıb.

Federal Aviasiya Administrasiyası (FAA) əvvəlcə yalnız Çikaqoya olan bütün uçuşların dayandırılması barədə göstəriş versə də, daha sonra ölkə üzrə bütün uçuşların təxirə salınacağını təsdiqləyib.

Aviaşirkət günortadan sonra problemin həll olunduğunu açıqlasa da, gecikmələrin axşama qədər davam edə biləcəyi barədə xəbərdarlıq edib.

“United Airlines”ın yaydığı bəyanatda bu ifadələrə yer verilib:“Təhlükəsizlik bizim əsas prioritetimizdir. Yaranan problemi aradan qaldırmaq üçün çalışırıq.”

Aviaşirkətin rəsmi internet səhifəsində edilən paylaşımda deyilir:“Bu gün yaranmış problemlərə görə üzr istəyirik. Komandamız problemi mümkün qədər tez həll etmək üçün çalışır. Səbriniz üçün təşəkkür edirik.”

Texniki problem aradan qaldırılsa da, sərnişinlərə mümkün gecikmələrlə bağlı xəbərdarlıq edilib və hava limanına getməzdən əvvəl uçuş məlumatlarını yoxlamaları tövsiyə olunub.

TRT Global-a nəzər sal, rəy bildir!
Contact us