SİYASƏT
1 dəqiqə oxuma
D.Tramp Rusya neftini alan ölkələrə daha sərt sanksiyalar vəd etdi
ABŞ prezidenti əlavə gömrük rüsumları ilə Çin və Hindistanı hədəf alır
D.Tramp Rusya neftini alan ölkələrə daha sərt sanksiyalar vəd etdi
ABŞ / AP
5 saat əvvəl

ABŞ prezidenti Donald Tramp Rusiyadan neft idxalını davam etdirən ölkələrə qarşı daha sərt sanksiyaların tətbiq olunacağını açıqlayıb. Həmçinin, Pekin rəhbərliyi ilə davam edən ticarət danışıqları fonunda Çinin də hədəf ölkələr arasında ola biləcəyini vurğulayıb. O, bu barədə avqustun 6-da Ağ Evdə jurnalistlərə verdiyi açıqlamasında bidirib.

Prezident D.Tramp həmin gün Hindistanın Rusiyadan xam neft almasına cavab olaraq, bu ölkədən idxal olunan məhsullara əlavə 25 faiz gömrük rüsumu tətbiq edən fərmanı imzalayıb.

Bildirilir ki, yeni gömrük rüsumları 21 gün ərzində qüvvəyə minəcək.

Fərmana əsasən, Rusiya neftini birbaşa və ya dolayı yolla idxal edən digər ölkələrin müəyyənləşdirilməsi tapşırığı ABŞ dövlət katibi Marko Rubioya və maliyyə naziri Skot Besentə həvalə olunub.

Qeyd edək ki, bu açıqlama ABŞ-ın xüsusi nümayəndəsi Stiv Vitkofun Rusiya rəsmiləri ilə danışıqlar aparmaq üçün Moskvaya etdiyi səfərdən bir gün sonra verilib.

MƏNBƏ:TRT Global
TRT Global-a nəzər sal, rəy bildir!
Contact us