Qlobal Sumud Donanması işğal altındakı İordan çayının qərb sahilində öldürülən türk əsilli Amerika vətəndaşı Ayşenur Ezgi Eyginin ölümünün birinci ildönümü münasibətilə bəyanat yayıb.
Donanmanın bəyanatında qeyd olunub ki, Ayşenur Ezgi Eygi və onun kimi yüz minlərlə fələstinli illərdir İsrail qüvvələri tərəfindən qətlə yetirilir.
“Bəşəriyyət olaraq təhlükəsizliyimizin və azadlığımızın Fələstinin təhlükəsizliyi və azadlığından asılı olduğunu anlayırıq. Biz də Ayşenur Ezgi Eygi kimi mübarizə aparmağı seçirik”,-deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, 26 yaşlı Ayşenur Ezgi Eygi 2024-cü il sentyabrın 6-da İordan çayının qərb sahilində, Nablus yaxınlığında qeyri-qanuni yəhudi yaşayış məntəqələrinə qarşı keçirilən etiraz aksiyası zamanı İsrail qüvvələrinin açdığı atəş nəticəsində həlak olub.
Hadisə zamanı çəkilmiş görüntülər və şahidlərin ifadələri Eyginin birbaşa İsrail hərbçiləri tərəfindən vurulduğunu göstərir.
Bununla belə, İsrail ordusu ilkin araşdırmalara əsaslanaraq bildirib ki, Eygi etirazçılar tərəfindən daş atıldığı iddia edilən bir anda cavab atəşi zamanı təsadüfən vurulmuş ola bilər.