Madonna Roma Papası XIV Leo-nun mühasirədə olan Fələstin ərazisinə girişinin qarşısı alına bilməyən yeganə şəxs olduğunu ifadə edərək, boş yerə vaxt itirməməsini deyib.
Pop ikonası Madonna İsrailin bölgədə qırğınlarının davam etdiyi bir vaxtda Papa XIV Leoya Qəzzanı ziyarət etməsi üçün birbaşa müraciət edərək “çox gec olmadan işığınızı uşaqlara çatdırın” deyib.
"X" platformasında yayımlanan paylaşımda Madonna deyib: "Müqəddəs Ata, lütfən, gec olmadan Qəzzaya gedin və işığınızı uşaqlara çatdırın. Vaxt daralır. Bir ana olaraq onların əzablarını seyr etmək dözülməzdir. Dünyanın uşaqları hamımızındır.
Daxil olmasına mane oluna bilməyəcək yeganə insan Sizsiniz. Bu günahsız uşaqları xilas etmək üçün humanitar qapılar tamamilə açılmalıdır. İndi vaxt yoxdur. Lütfən gedcəyinizi söyləyin. Sevgilərimlə, Madonna".
O qeyd edib ki, dəyişiklik siyasətlə deyil, şüurla baş verir. Ona görə də mən Allah adamına müraciət edirəm.
Madonna oğlu Rokkonun doğum günü ilə bağlı paylaşımında "Bir ana olaraq ona verə biləcəyim ən gözəl hədiyyə Qəzzada qarşıdurmadanın arasında qalan günahsız uşaqların xilası üçün hər kəsin üzərinə düşəni etməsidir. Mən heç kimi günahlandırmıram, tərəf tutmıram. Hamı əziyyət çəkir" deyib.
Madonna "Mən bu uşaqların ac qalmaması üçün əlimdən gələni etməyə çalışıram" deyib və təqibçilərini Dünya Mərkəz Mətbəxi kimi humanitar təşkilatlara ianə verməyə çağırıb.
İsrailin Qəzzada soyqırımı
Qeyd edək ki, İsrailin blokada altındakı Qəzzaya hücumları nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 61.500-dən çox fələstinli həyatını itirib.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, təxminən 11.000 fələstinlinin dağılmış evlərin dağıntıları altında qaldığı təxmin edilir.
Mütəxəssislər faktiki ölənlərin sayının Qəzza rəsmilərinin açıqladığı rəqəmlərdən çox olduğunu söyləyərək, bu rəqəmin təxminən 200 minə çata biləcəyini irəli sürürlər.
Bütün proses boyu İsrail mühasirəyə alınmış ərazinin böyük bir hissəsini viran qoyub və demək olar ki, bütün əhalisini köçkün vəziyyətinə salıb.
Keçən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallanta qarşı Qəzzada törətdikləri hərbi cinayətlər və insanlığa qarşı cinayətlərə görə həbs qərarı çıxarıb.
İsrail həmçinin mühasirədə olan fələstinlilərə qarşı apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırım ittihamı ilə qarşı-qarşıyadır.