Bayannurun yaxınlığından daşan çay düşərgəçiləri aparıb. Hadisə Pekində dağıdıcı leysan yağışlarından həftələr sonra baş verib, ekspertlər iqlim böhranının yaratdığı musson ekstremallarına işarə edirlər.
Dövlət mediasının məlumatına görə, Çinin şimalında daşqınlar nəticəsində azı 8 nəfər ölüb, daha 4 adam itkin düşüb.
Dünyanın ikinci ən böyük iqtisadiyyatı Şərqi Asiya mussonunun atmosferi alt-üst edən təsirlərilə sarsılmağa davam edir.
Mərkəzi Monqolustanda çəmənliklərdən axan çay daşıb. Məlumata görə, Bayannur şəhəri yaxınlığında düşərgə salan 13 nəfəri sel suları aparıb. Kənd təsərrüfatı qovşağının yaxınlığında baş vermiş hadisə nəticəsində 1 nəfər xilas edilib.
Qeyd edək ki, Çin iyul ayından bəri ekstremal hava şəraitindən əziyyət çəkir, normaldan daha çox yağış yağır və musson həm şimalda, həm də cənubda təsirini davam etdirir.
Sinoptiklər bu dəyişən hava şəraitini iqlim böhranı ilə əlaqələndirirlər. Fövqəladə daşqınlar minlərlə insanı köçkün vəziyyətinə salıb və ölkə milyardlarla dollar iqtisadi itkilərlə üzləşib.
Bayannur ölkə üçün əsas taxıl və neft istehsalı bazası olmaqla yanaşı, heyvandarlıq və süd məhsullarının istehsalı ilə tanınıb.
Uzun fasilədən sonra nəqliyyat bərpa olunub
Ölkənin digər tərəfində, Hainan əyalətində üç ay yarımdır həyata keçirilməyən nəqliyyat avqustun 16-da bərpa olunub. Dövlət mediasının məlumatına görə, kənd təsərrüfatı orqanları güclü yağışlar səbəbindən gəmilərə limanda gözləməyi əmr edib.
Mərkəzi Monqolustanda daşqınlar ötən ay təxminən 1000 kilometr uzaqlıqda yerləşən Pekində ölümcül yağışların ardınca baş verib. Ən azı 44 nəfər həlak olub, 70 mindən çox insan təxliyə edilib.
Mərkəzi hökumət keçən həftə 430 milyon yuan (59,9 milyon dollar) dəyərində yeni fəlakətlərə kömək fondu elan edib. Aprel ayından bəri ayrılan ümumi məbləğ ən azı 5,8 milyard yuana çatıb.